Azərbaycanda iyulda elektrik qurğularının texniki istismarı ilə bağlı yoxlamaların sayı azalıb
Far.Az xəbər saytı

Azərbaycanda iyulda elektrik qurğularının texniki istismarı ilə bağlı yoxlamaların sayı azalıb


Bu ilin iyul ayında Azərbaycanda elektrik qurğularının texniki istismarı, təhlükəsizlik texnikası qaydalarına əməl olunması və elektrik enerjisindən istifadənin vəziyyətinin araşdırılması məqsədilə 85 nəzarət tədbiri keçirilib.

Bu barədə "Report" Enerji Məsələlərini Tənzimləmə Agentliyinə (EMTA) istinadən xəbər verir.

Bildirilib ki, bu, 2025-ci ilin iyul ayı ilə müqayisədə 4 nəzarət tədbiri və ya 4,5 % azdır.

Qazdan səmərəli istifadənin, "Qazdan istifadə Qaydaları"nın və qaz qurğularının etibarlı istismarının, həmçinin digər normativ hüquqi aktların tələblərinə əməl olunmasının vəziyyətinin araşdırılması məqsədilə 64 nəzarət tədbiri keçirilib. Bu da ötən ilin eyni ayı ilə müqayisədə eynidir.

Xatırladaq ki, 2025-ci ilin iyul ayında elektrik qurğularının texniki istismarı, təhlükəsizlik texnikası qaydalarına əməl olunması və elektrik enerjisindən istifadənin vəziyyətinin araşdırılması məqsədilə 89 nəzarət tədbiri keçirilib.

Qazdan səmərəli istifadənin, "Qazdan istifadə Qaydaları"nın və qaz qurğularının etibarlı istismarının, həmçinin digər normativ hüquqi aktların tələblərinə əməl olunmasının vəziyyətinin araşdırılması məqsədilə 64 nəzarət tədbiri keçirilib.

Oxşar xəbərlər

İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Mülki aviasiyada təhlükəsizliyə nəzarətlə bağlı xidmət haqqı məbləğləri təsdiqlənib
Azərbaycanda mülki aviasiya xidmətləri ilə bağlı tariflər QÜVVƏYƏ MİNDİ
Uşaqların zərərli informasiyadan qorunmasına yönəlmiş normativ hüquqi akt layihəsi müzakirə olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər