Pakistanda xüsusi əməliyyatlar zamanı 24 yaraqlı öldürülüb
Pakistanın Bəlucistan vilayətində və Xayber-Paxtunxvanın Şimali Vəziristan dairəsində silsilə antiterror əməliyyatları nəticəsində 24 yaraqlı məhv edilib. toqquşmalar zamanı dörd hərbi qulluqçu həlak olub.
"Report" "Dawn" nəşrinə istinadən xəbər verir ki, bu barədə Pakistanın İdarələrarası Xidmətlərin İctimaiyyətlə Əlaqələr İdarəsindən (ISPR) bildirilib.
İdarənin məlumatına görə, əməliyyatlar noyabrın 13-dən etibarən Bəlucistanın Kolpur, Kirdqap və Nuşki rayonlarında keçirilib. Noyabrın 14-nə keçən gecə Kolpurda təhlükəsizlik qüvvələri aralarında bir kamikadze-terrorçunun da olduğu səkkiz yaraqlını öldürüb. Həmçinin silah və sursatdan ibarət böyük gizli saxlanc yeri aşkar edilib.
Şimali Vəziristanda keçirilən əməliyyatlar zamanı daha 16 yaraqlı zərərsizləşdirilib. ISPR-in məlumatına görə, toqquşmalar Mir-Əli, Datta-Xel və Əli-Xel rayonlarında baş verib.
Qeyd olunub ki, "Əzm-i-İstehkam" antiterror kampaniyası çərçivəsində ərazilərin təmizlənməsi üzrə əməliyyatlar təhlükə tamamilə aradan qaldırılana qədər davam etdiriləcək.
Oxşar xəbərlər
Prezident İlham Əliyev "Abşeron" Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib
27 Sentyabr - Anım Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
FHN silsilə maarifləndirmə tədbirləri keçirib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Ağsu, Göyçay, Zərdab və Kürdəmirdə Anım Günü ilə əlaqədar silsilə tədbirlər baş tutub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı
-
Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər
-
Sabiq nazirə ağır itki üz verdi
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
Fransa DİN: Bütün ölkə boyu etiraz aksiyalarında 106 min nəfər iştirak edib - Yenilənib













