Göygöldə sakinlər avtobus problemindən beziblər: "Hər gün taksiyə pul veririk"
Göygöl rayonunun Yeni Qızılca kənd sakinləri ictimai nəqliyyatın fəaliyyətindən narazıdırlar.
Sakinlərin sözlərinə görə, kəndə xidmət göstərən avtobus marşrutları axşam saat 18:00-da fəaliyyətini dayandırır. Bu isə hər gün işə və təhsil müəssisələrinə gedib-gələn sakinlər üçün ciddi çətinliklər yaradır.
BAKU.WS xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında deyilir.
Onların sözlərinə görə, problem təkcə marşrutların erkən dayanması ilə məhdudlaşmır. Kəndə xidmət göstərən avtobusların köhnə və istismar müddətini başa vurmuş vəziyyətdə olması da narazılığa səbəb olur.
Sakinlər problemin həlli üçün 7 nömrəli marşrut xəttinin təxminən 2 kilometr uzadılaraq Yeni Qızılca kəndinədək fəaliyyət göstərməsini istəyirlər.
Kənd sakinlərindən biri bildirib ki, mövcud vəziyyət, xüsusilə, məktəblilər və tələbələr üçün əlavə çətinlik yaradır:
"Gəncə şəhərinə məktəbə və universitetə gedən uşaqlarımız var. Axşam saat 19:00-da avtobusdan düşəndə onları qarşılamaq üçün mütləq dayanacağa getməli oluruq. Yaxşı olardı ki, marşrut kəndimizin içərisindəki dayanacağa qədər işləsin. İnsanlar taksidən istifadə etməyə məcbur qalırlar. Hamının gəliri elə deyil ki, hər gün taksiyə pul xərcləsin".
Sakinlər aidiyyəti qurumlardan marşrut xəttinin uzadılmasını və kəndə xidmət göstərən avtobusların yenilənməsini xahiş edirlər.
Oxşar xəbərlər
İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb - YENİLƏNİB
Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir
İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb
İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda 9 mərtəbəli yataqxana TƏMİR OLUNACAQ
-
Kürşad Zorlu: Özbəkistanın latın əlifbasına keçidlə bağlı qanunu qəbul etməsindən məmnunuq
-
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə XƏBƏRDARLIQ
-
Səudiyyə Ərəbistanına dron hücumuna görə İraqda hərbi komandir işdən çıxarılıb
-
Səudiyyə Ərəbistanı XİN: Neft kəmərinə hücum edən dronlar İraqdan buraxılıb
-
Türkiyədə 2027-2029-cu illər üzrə Dövlət İnvestisiya Proqramının hazırlıqlarına başlanılıb













