Azərbaycanda bank sistemindən kənar pul köçürmələrinin həcmi artıb
Azərbaycanda bank sistemindənkənar pul köçürmələrinin həcmi artıb.
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) dərc etdiyi statistik bülletendə bildirilir.
Cari ilin iyun ayında Azərbaycanda sürətli pulköçürmə sistemləri vasitəsilə bank sistemindənkənar həyata keçirilən pul köçürmələrinin həcmi 42,6 milyon manat (66,3 min əməliyyat) təşkil edib.
Far.Az Trend-ə istinadən xəbər verir ki, ötən ilin iyun ayı ilə müqayisədə əməliyyatların sayı 14,2 min və ya 17,6 faiz azalıb, pul köçürmələrinin həcmi isə 4,4 milyon manat və ya 11,5 faiz artıb.
AMB-nin məlumatına əsasən, hesabat dövründə bir pul köçürməsinin orta məbləği 642,7 manat olub ki, bu da 2025-ci ilin iyun ayı ilə müqayisədə 168,9 manat və ya 35,6 faiz çoxdur.
Qeyd edək ki, bankın məlumatına görə, iyun ayının sonuna bank sistemi və "Azərpoçt" MMC vasitəsilə dövriyyədə olan ödəniş kartlarının sayı 22,798 milyon karta çatıb.
AMB-nin məlumatları əsasında aparılan hesablamalara görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,4 faiz artıb.
Bundan əlavə, debet kartlarının sayı 12 faiz artdığı halda, kredit kartlarının sayı 3,5 faiz azalıb.
"İlin əvvəlindən ölkədaxili nağdsız əməliyyatların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 14,5 faiz artıb. 2026-cı ilin iyun ayında ödəniş kartlarından istifadə edilməklə ölkə daxilində həyata keçirilən nağdsız ödənişlərin həcmi 9,902 milyard manat təşkil edib. Bu məbləğin 8,575 milyard manatı elektron ticarətin payına düşüb.
Ödənişlərin qalan hissəsi POS-terminallar vasitəsilə 1,325 milyard manat, özünəxidmət terminalları və bankomatlar vasitəsilə isə 2,5 milyon manat həcmində həyata keçirilib.
İlin əvvəlindən etibarən ölkədaxili ödəniş kartları ilə aparılan nağdsız əməliyyatların həcmi Azərbaycanda kartlarla həyata keçirilən ümumi əməliyyatların həcminin 69,8 faizini təşkil edib", – deyə AMB-nin məlumatında bildirilir.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İstanbulda soydaşlarımız üçün Ramazan ayı münasibətilə iftar mərasimi təşkil edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Qurban Qurbanov "Dinamo"ya məğlubiyyəti hava şəraiti ilə əlaqələndirib
-
Ürəkbulanma, qusma və mədə ağrıları - YENİ VİRUS yayılır?
-
Hindistan "Agni-4" ballistik raketini uğurla sınaqdan keçirib
-
Bakının mərkəzində obyektdə baş verən yanğın məhdudlaşdırılıb - YENİLƏNİB-2
-
Qəza riski yaradan yol: Dərin çuxurlar, hər gün ziyan görən maşınlar...
-
Birbank Biznes-dən mikro biznes kreditinə 5%-dək endirim













