Ev almaq bəhanəsi ilə mənzilə girdi, 5 min manatlıq qızıl oğurladı
Far.Az xəbər saytı

Ev almaq bəhanəsi ilə mənzilə girdi, 5 min manatlıq qızıl oğurladı


Abşeronda özünü mənzil alan müştəri kimi təqdim edərək evdən 5 min manatlıq qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə Far.Az-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 31 yaşlı R.Quliyeva müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla saxlanılan şəxsin özünü mənzil almaq istəyən müştəri kimi təqdim edərək mənzilə daxil olduğu və ev sahibinin diqqətinin yayınmasından istifadə edərək oğurluq etdiyi müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

FHN: Bakı, Sumqayıt və Abşeronda su basmış ərazilərdən 42 nəfər təxliyə edilib
FHN: Bakı, Sumqayıt və Abşeronda su basmış ərazilərdən insanlar təxliyə edilib
"Luvr"dan 8 dəqiqəyə oğurlanan 10 milyonluq zinət əşyaları tapılacaq?
Xalq artisti Rasim Balayevlə vida mərasimi başa çatıb
Abşeronda yerləşən kafelərdən birində saxta spirtli içkilər aşkarlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər