Börnhəmin dəftərxanası pablarda ayaqüstə içki içməyi qadağan etmək təklifi tənqid edib
Far.Az xəbər saytı

Börnhəmin dəftərxanası pablarda ayaqüstə içki içməyi qadağan etmək təklifi tənqid edib


Böyük Britaniyanın baş naziri Endi Börnhəmin dəftərxanası Londonun bələdiyyə orqanlarının pablarda və onların yaxınlığındakı küçələrdə ayaqüstə pivə içmək praktikasını məhdudlaşdırmaq tövsiyəsini tənqid edib.

"Far.Az" xəbər verir ki, bu barədə "Evening Standard" qəzeti məlumat yayıb.

"Bir-biri ilə söhbət edən insanlarla dolu, izdihamlı pablarda cəmiyyətdə narahatlıq yaratmır. Bu, minlərlə iş yerinin mövcud olmasını təmin edən britaniyalıların həyat tərzidir", - deyə məlumatda qeyd olunub.

Daha əvvəl Vestminster bələdiyyə şurası Londonun mərkəzindəki ən gur iki məhəllədə – Soho və Vest-Enddə ayaqüstə içki qəbul edən pab ziyarətçilərinin sayının məhdudlaşdırılmasını təklif edib. Həftəiçi işdən sonra axşam saatlarında, eləcə də həftəsonları hər gün insanların izdihamı həmin ərazilərdəki içki müəssisələrində toplaşır.

Onlar yalnız barların daxilindəki bütün məkanı deyil, həm də səkiləri tutur. Bələdiyyə orqanlarının fikrincə, belə praktika yerli sakinlərin rahatlığını pozur və həddindən artıq alkoqol istifadəsinə səbəb olur. Vestminster şurası bildirib ki, təklif olunan təşəbbüs müəssisə sahiblərini daha çox oturacaq yerləri yaratmağa təşviq etmək məqsədi daşıyır.

Oxşar xəbərlər

Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər