"İpək Yolu Sığorta"nın mənfəəti 15 %-ə yaxın azalıb
"İpək Yolu Sığorta" ASC bu ilin I yarısını 750 min manat xalis mənfəətlə başa vurub.
"Far.Az" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,5 % azdır.
Yanvar-iyun aylarında "İpək Yolu Sığorta"nın gəlirləri 7,823 milyon manat (1 il əvvələ nisbətən 6,5 % çox), xərcləri 6,886 milyon manat (10,2 % çox), mənfəət vergisi ödəmələri isə 187 min manat (14,6 % az) təşkil edib.
Bu il iyulun 1-nə "İpək Yolu Sığorta"nın aktivləri 20,218 milyon manat olub ki, bu da illik müqayisədə 5 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 27,3 % artaraq 5,048 milyon manata çatıb, balans kapitalı isə 0,8 % azalaraq 15,17 milyon manata düşüb.
Xatırladaq ki, "İpək Yolu Sığorta" 2011-ci ildə "AZAL Sığorta" ASC-nin bazasında yaradılıb. Onun nizamnamə kapitalı 14,77 milyon manatdır. Şirkətin səhmlərinin 96,5 %-i "ASG Business Aviation" MMC-yə, 3,5 %-i isə "Azərbaycan Hava Yolları" QSC-yə məxsusdur.
Oxşar xəbərlər
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Xocalı şəhərində "Qarabağ Tekstil Evi" MMC istifadəyə verilib
Maşın qiymətinə olan telefon nömrələri satışa çıxarıldı - SİYAHI
"İpək Yolu Sığorta" I rübün maliyyə nəticələrini açıqlayıb
İlham Əliyev İmişlidə "Promalt" MMC-nin arpa emalı müəssisəsinin açılışını edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi
-
Daşkəsəndə Zəfər Günü təntənəli bayram konserti ilə qeyd edilib













