"Atəşgah Sığorta" bu ilin I yarısını zərərlə başa vurub
"Atəşgah Sığorta" ASC bu ilin I yarısını 994 min manat zərərlə başa vurub. Halbuki, şirkət ötən ilin eyni dövründən 1,528 milyon manat xalis mənfəətlə çıxmışdı.
"Report" xəbər verir ki, yanvar-iyun aylarında "Atəşgah Sığorta"nın gəlirləri 35,663 milyon manat (1 il əvvələ nisbətən 0,35 % çox), xərcləri isə 36,657 milyon manat (9 % çox) təşkil edib.
Bu ilin iyulun 1-nə "Atəşgah Sığorta"nın aktivləri 64,295 milyon manat olub ki, bu da illik müqayisədə 0,2 % azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 2,5 % artaraq 53,167 milyon manata çatıb, balans kapitalı isə 8,1 % azalaraq 16,128 milyon manata düşüb.
Xatırladaq ki, "Atəşgah Sığorta" 1996-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 5,009 milyon manat təşkil edir. Şirkətin səhmlərinin 63 %-i "ISR Holding" MMC-yə, 27 %-i "Ran-Exim" MMC-yə, 10 %-i isə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsusdur.
Oxşar xəbərlər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
"Atəşgah Həyat Sığorta" maliyyə vəziyyətini açıqlayıb
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan cüdoçusu Nilgün Rzayeva Avropa Kubokunda bürünc medal qazanıb
-
Rubio: Ermənistanla Azərbaycanı nümayiş etdirdikləri cəsarət və uzaqgörənliyə görə təbrik edirik
-
Co Baydenin xərçəngi sümüklərə yayılıb
-
İran Hürmüz boğazının açılması üçün ABŞ-yə şərtlər irəli sürdü
-
İlham Əliyevlə Donald Tramp arasında telefon danışığı olub
-
Pezeşkian: İndi ABŞ ilə razılaşma əldə etmək üçün ən yaxşı vaxtdır













