Toygar Işıklı "Grammy"də münsif olub, səs verəcək
Far.Az xəbər saytı

Toygar Işıklı "Grammy"də münsif olub, səs verəcək


Məşhur bəstəkar Toygar Işıklı "Grammy" mükafatlarına münsif seçilib.

BAKU.WS xəbər verir ki, o dünyanın ən nüfuzlu musiqi mükafatlarından biri olan "Grammy"nin heyətində yer alacaq.

Toygar Işıklı da "Grammy" mükafatlarının səsvermə hüququna malik münsiflərdən biri olub.

Toygar Işıklı

Karyerası boyunca "Aşk-ı Memnu", "Yaprak Dökümü", "Ezel", "Medcezir", "Kuzey Güney" kimi ekran işləri başda olmaqla, bir çox məşhur serial və filmin unudulmaz musiqilərinə imza atan Toyqar bu möhtəşəm xəbəri sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.

"Musiqi karyeramdakı bu gözəl xəbəri sizinlə paylaşmaqdan böyük qürur duyuram: Artıq "Recording Academy / GRAMMYs Voting Member" olaraq bu böyük ailənin bir hissəsiyəm. İllərdir dayanmadan çalışaraq, yalnız musiqilərimə fokuslanaraq qurduğum bu karyerada bu nöqtəyə çatmaq mənim üçün ayrı bir qürur mənbəyidir. "Grammy" mükafatlarının qərarvermə proseslərinə töhfə vermək, sektorun gələcəyini formalaşdıran bu ilhamverici birlik ilə çalışmaq üçün səbirsizlənirəm".

Oxşar xəbərlər

"Yaprak dökümü"nün aktrisası: "Bu ağaca görə iki saat yarım yol getdik"
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
"Yaprak Dökümü"nün aktyoru VƏSİYYƏTİNİ AÇIQLADI
"Yaprak Dökümü"nün aktyorundan həmkarına: "Ürəyimi qırmış kimi oldu"
"Euronews Academy" çərçivəsində keçirilən "Rəqəmsal Jurnalistika" təlim proqramı yekunlaşıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər