Yucin şəhərində Azərbaycan və Dünya Atletikası arasında əməkdaşlıq müzakirə edilib
Far.Az xəbər saytı

Yucin şəhərində Azərbaycan və Dünya Atletikası arasında əməkdaşlıq müzakirə edilib


Azərbaycan Atletika Federasiyasının (AAF) nümayəndələri Dünya Atletikasının rəhbərliyi ilə görüşlər keçirib.

Bu barədə "Far.Az"a AAF-dan bildirilib.

ABŞ-ın Yucin şəhərində keçirilən U-20 Dünya Çempionatı çərçivəsində Azərbaycan Atletika Federasiyasının vitse-prezidenti Könül Nurullayeva, baş katibi Məhərrəm Sultanzadə, idman işləri üzrə direktoru Mariana Vasileva və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin direktoru Maqsud Fərzullayev Dünya Atletikasının prezidenti Sebastian Coe ilə görüş keçiriblər.

Federasiya nümayəndələri, həmçinin Dünya Atletikasının yarışlarının idarə olunması şöbəsinin müdiri Pierce O"Callaghan , yarışlar və tədbirlər şöbəsinin direktoru Marton Gyulai və digər nümayəndələri ilə də görüşlər keçiriblər.

Görüşlərdə beynəlxalq yarışların təşkili, əməkdaşlıq imkanları və Azərbaycan atletikasının inkişafı ilə bağlı məsələlər müzakirə olunub.

Oxşar xəbərlər

Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində "Neft bumu hamıya gülümsəyir" festivalının açılışı olub
BDU-da şəhid jurnalist Məhərrəm İbrahimova həsr olunmuş kitabın təqdimatı keçirilib
Xizək Alpinizmi üzrə Avropa Çempionatı və Dünya Kuboku yarışlarının açılış mərəsimi keçirilib
Mariana Vasileva Azərbaycan Atletika Federasiyasının idman işləri üzrə direktoru təyin olunub
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər