"Bavariya"nın 36 mindən çox azarkeşi Ukrayna klubu ilə oyuna bilet almaqdan imtina edib
Almaniyanın "Bavariya" klubunun 36 mindən çox azarkeşi Çempionlar Liqasının Liqa mərhələsinin VI turunda Ukrayna təmsilçisi "Şaxtyor"la səfər oyununa bilet almaqdan imtina edib.
"Report"un xarici KİV-ə istinadən məlumatına görə, daha əvvəl Münhen təmsilçisinin 55 min tərəfdarı bilet almaq üçün müraciət etsə də, həftənin əvvəlində bu rəqəm 19 minə düşüb.
Buna qiymət siyasətinə görə "Bavariya"nın "Südkurve München" azarkeş qrupunun Çempionlar Liqası matçlarını boykot etməklə bağlı çağırışı səbəb olub. Azarkeşlər "Bavariya"nın iştirak etdiyi matç üçün biletlərin qiymətinin digər komandalarla oyunlardan fərqli daha yüksək olmasına etirazlarını bildiriblər.
Ukrayna klubunun İtaliyanın "Atalanta" və İsveçrənin "Yanq Boys" komandaları ilə ev oyunlarına biletlərin qiyməti müvafiq olaraq 28 və 31 avrodan başlayırdısa, Münhen təmsilçisinin azarkeşləri görüşü izləmək üçün ən azı 105 avro ödəməli olacaqlar.
Qeyd edək ki, "Şaxtyor"un ev sahibi kimi çıxış edəcəyi matç dekabrın 10-da Almaniyanın Helzenkirhen şəhərində keçiriləcək.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
UEFA Avropa Liqası: "Qarabağ" "Tottenhem"ə məğlub olub - YENİLƏNİB-8
UEFA Avropa Liqası: "Qarabağ" "Ayaks"a məğlub olub - VİDEO - YENİLƏNİB-8
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp İranla münaqişənin tezliklə başa çatacağını bildirsə də, yeni zərbələri istisna etməyib
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
Mərkəzi Bankın qərarı kredit faizlərinə necə təsir göstərəcək?
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
ABŞ ordusu Ukraynanın dron təcrübəsindən yararlanır













