Xəzər suitisi, çay guşəsi və interaktiv xəritə: COP31-də Azərbaycan pavilyonunda nələr var?
COP31-də Azərbaycan pavilyonunda ölkəmizin iqlim siyasəti, ekoloji təşəbbüsləri və yaşıl enerji sahəsində gələcək hədəfləri ilə yanaşı, milli dəyərləri və mədəniyyəti də nümayiş etdirilir.
Far.Az Baku TV-yə istinadən xəbər verir ki, 244 kvadratmetr sahəsi olan pavilyonda təqdimatlar və görüşlər üçün şərait yaradılıb.
Burada 35 nəfərlik konfrans zalı, iki görüş otağı və qonaqların Azərbaycan çayını dada biləcəyi xüsusi guşə fəaliyyət göstərir.
Pavilyonun diqqətçəkən hissələrindən biri interaktiv zonadır. Ziyarətçilər burada Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə çərçivəsində həyata keçirdiyi layihələr, Xəzər dənizinin ekoloji vəziyyəti, eləcə də COP-dan əvvəl və sonra görülən işlərlə tanış ola bilirlər. İnteraktiv xəritədə ölkəmizin yaşıl enerji zonaları və dəhlizləri barədə də ətraflı məlumat verilir.
Pavilyonun maskotu Xəzər suitisidir. Bu seçim nəsli kəsilmək təhlükəsi ilə üzləşən Xəzər suitilərinin yaşayış mühitinə diqqət çəkmək məqsədi daşıyır. İqlim dəyişikliyi Xəzərin ekosisteminə və suitilərin yaşayış mühitinə ciddi təsir göstərir. Dənizdə su səviyyəsinin enməsi və Xəzərin şimal hissəsində buz örtüyünün dəyişməsi bu canlıların gələcəyi ilə bağlı narahatlığı artırır.
Azərbaycan pavilyonu ölkəmizin iqlim və yaşıl enerji sahəsində gördüyü işləri nümayiş etdirməklə yanaşı, qlobal iqlim problemlərinə diqqət çəkir və daha dayanıqlı gələcək üçün beynəlxalq əməkdaşlığa çağırır.
Oxşar xəbərlər
Bakı bulvarında Çay Festivalı keçirilir
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Şəkidə "Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın mədəniyyət dəyərləri" mövzusunda tədbir keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Leyla Əliyevanın təşəbbüsü ilə Albaniyada Xəstəxana Mərkəzinin pediatrik sedasiya otağı istifadəyə verilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp İranla münaqişənin tezliklə başa çatacağını bildirsə də, yeni zərbələri istisna etməyib
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
Mərkəzi Bankın qərarı kredit faizlərinə necə təsir göstərəcək?
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
ABŞ ordusu Ukraynanın dron təcrübəsindən yararlanır













