Kamandan oxatma üzrə ölkə çempionatı və kuboku başa çatıb
Far.Az xəbər saytı

Kamandan oxatma üzrə ölkə çempionatı və kuboku başa çatıb


Azərbaycan Kamandan Oxatma Federasiyasının təşkilatçılığı ilə keçirilən ölkə çempionatı və kuboku yarışları başa çatıb.

"Report" xəbər verir ki, Binə Atçılıq Mərkəzində bir neçə gün davam edən yarışlarda U15, U18 və böyüklər kateqoriyaları üzrə ölkənin güclü oxatanları mübarizə aparıblar.

U15 kateqoriyasında Selcan Məmmədli və Məhəmməd İsmayılov qızıl, Məryəm İbrahimli və Saleh Məmmədli gümüş, Zeynəb Abdullayeva və Əhməd İsmayılov isə bürünc medal qazanıblar.

U18 kateqoriyasında Sümeyyə Bədəlli və Sərdar Vəliyev birinci, Şəms Heybətova və Zahid Kazımzadə ikinci, Zəhra Carçılı və Hüseyn Məhərrəmov isə üçüncü yeri tutublar.

Böyüklər arasında Fatimə Hüseynli və Nurlan Rəhimli ölkə çempionu adını qazanıblar. Lalə Əbdürəhmanova və Əli Qənbərli gümüş, Svetlana Simonova və Morozeviç Amiran isə bürünc medala layiq görülüblər.

Yarışların sonunda qaliblərin mükafatlandırılması mərasimi keçirilib. İdmançılara medal və mükafatlar Gənclər və İdman Nazirliyinin, Azərbaycan Kamandan Oxatma Federasiyasının və "Target Archery Club"ın nümayəndələri tərəfindən təqdim olunub.

Mükafatlandırma mərasimindən sonra ölkə çempionatı və kuboku rəsmi olaraq başa çatıb.

Oxşar xəbərlər

Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Sərdar Berdiməhəmmədovun Bakıda rəsmi qarşılanma mərasimi olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər