Tramp İranla yeni nüvə sazişi olmadan da münaqişəni bitirə bilər
ABŞ Prezidenti Donald Tramp İranın nüvə proqramı ilə bağlı yeni saziş imzalanmadan da Tehranla münaqişəni başa çatdırmağa hazırdır.
BAKU.WS xəbər verir ki, bu barədə "The Wall Street Journal" ABŞ administrasiyasının anonim rəsmilərinə istinadən məlumat yayıb.
Məlumata görə, Tramp qapalı görüşlərdə yüksək vəzifəli köməkçilərinə yeni nüvə sazişi olmadan münaqişədən çıxmaq istədiyini bildirib.
ABŞ prezidentinin fikrincə, 2025-ci ildə İranın nüvə obyektlərinə endirilən zərbələrdən sonra Tehran onun prezidentlik müddəti başa çatana qədər nüvə proqramını bərpa edə bilməyəcək. Tramp İranın buna cəhd edəcəyi halda ABŞ kəşfiyyatının bunu vaxtında müəyyənləşdirəcəyini düşünür.
Nəşrin məlumatına görə, Vaşinqton Hörmüz boğazında gəmiçiliyin bərpasına nail olarsa və İranın nüvə proqramına nəzarəti qoruyarsa, Tramp atəşkəsi qeyri-müəyyən müddətə uzada və İran limanlarına tətbiq olunan blokadanı aradan qaldıra bilər.
Qeyd edək ki, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları fevralın 28-də başlayıb. İyun ayında Vaşinqton və Tehran hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutan qarşılıqlı anlaşma memorandumu imzalayıb. Lakin iyulun 8-nə keçən gecə ABŞ İrana qarşı genişmiqyaslı zərbələri yenidən başlayıb.
Oxşar xəbərlər
Əmək və Sosial Münasibətlər Akademiyasında COP29-a həsr edilən elmi nəşrin təqdimatı olub
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Nəsrin Cavadzadənin bu qapalı geyimi müzakirələrə səbəb oldu
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp İranla münaqişənin tezliklə başa çatacağını bildirsə də, yeni zərbələri istisna etməyib
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
"Al Arabiya" ABŞ və İran arasında mümkün razılaşmanın detallarını açıqlayıb
-
ABŞ ordusu Ukraynanın dron təcrübəsindən yararlanır













