Günəş tutulması İspaniyada təhlükə yarada bilər - 460 min turist gözlənilir
İspaniyada günəş tutulmasını izləmək üçün böyük insan axınının meşə yanğınları riskini artıracağından ehtiyat edilir.
Far.Az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.
Məlumata görə, avqustun 12-də baş verəcək tam Günəş tutulmasını izləmək üçün İspaniyanın şimalına təxminən 460 min insanın gələcəyi gözlənilir. Bölgənin tutulmanı müşahidə etmək üçün dünyanın ən əlverişli məkanlarından biri olması turist axınını artırıb.
İspaniyanın ətraf mühit naziri Sara Aagesen ölkədə havaların isti keçməsi səbəbindən bitki örtüyünün həddindən artıq quruduğunu bildirib. Onun sözlərinə görə, ən kiçik qığılcım və ya ehtiyatsızlıq belə genişmiqyaslı meşə yanğınlarına səbəb ola bilər.
Polis isə həmin gün ölkə yollarında təxminən 1,5 milyon əlavə avtomobil səfərinin qeydə alınacağını proqnozlaşdırır. Bu qədər intensiv hərəkətin kənd ərazilərində yanğın baş verəcəyi təqdirdə təcili yardım və yanğınsöndürmə maşınlarının hadisə yerinə çatmasını çətinləşdirə biləcəyi vurğulanıb.
Təhlükəsizlik tədbirləri çərçivəsində yolların kənarında və quru bitki örtüyünün yaxınlığında avtomobillərin park edilməsinə, manqal və pirotexniki vasitələrdən istifadəyə qadağa qoyulacaq.
Qeyd edək ki, avqustun 12-də baş verəcək tam Günəş tutulması Avropada günəş enerjisi istehsalına da təsir göstərəcək. Avropa Komissiyasının məlumatlarına əsasən, tutulma zamanı qitədə günəş enerjisi istehsalının təxminən 10 giqavat azalacağı gözlənilir.
Oxşar xəbərlər
Ağsu dolaylarındakı son durum: Sürüşmə riskini azaltmaq üçün tədbirlər görülür
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda 3 küçədə yollar bağlanacaq - Təmir işlərinə görə
-
KMBİ qanunsuz dövriyyəsi 10 milyon manat olan daha bir onlayn mərc şəbəkəsini ifşa etdi
-
Sakinlər imdad dilədilər: "Ən pis yer-yurd buradır, səsimizi çatdırın"
-
Kolumbiyada 7,4 bal gücündə zəlzələ: 55 ölü var - DƏHŞƏTLİ KADRLAR
-
Tramp: ABŞ Hörmüz boğazını minalardan tamamilə təmizləyib
-
ABŞ, Ermənistan və Azərbaycan Sülh Sammitinin ildönümü ilə bağlı Birgə Bəyanat yayıb













