"Orhus"un baş məşqçisi: "Topu "Sabah" kimi güclü komandalara versən, səni cəzalandırar"
"Sabah" kimi güclü komandalar səhvləri bağışlamırlar".
"Report"xəbər verir ki, bunu "Orhus"un baş məşqçisi Yakop Poulsen "Sabah"a qarşı keçirdikləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.
O, böyükhesablı məğlubiyyəti şərh edib:
"İkinci hissədə çox səhvlər etdik. Topu "Sabah" kimi güclü komandalara versən, onlar səni cəzalandırar. 1 saat ərzində qapımızı toxunulmaz saxlamağı bacardıq. Lakin ikinci yarıda "Sabah" üstün oyun nümayiş etdirməyə başladı. Biz isə bir çox səhvlərə yol verdik".
Qeyd edək ki, UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Sabah" "Orhus"u iki oyunun nəticəsinə (1:2, 4:0) əsasən məğlub edərək pley-offa vəsiqə qazanıb. "Sabah" bu nəticədən sonra ən azı UEFA Avropa Liqasının əsas mərhələsinitəmin edib.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sakinlər imdad dilədilər: "Ən pis yer-yurd buradır, səsimizi çatdırın"
-
Tramp: ABŞ Hörmüz boğazını minalardan tamamilə təmizləyib
-
Azərbaycan-Ermənistan sərhədində 3,9 maqnitudalı zəlzələ baş verib - YENİLƏNİB-2
-
Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı 132-yə çatıb - YENİLƏNİB-8
-
İsmayıl Bəqai: ABŞ-nin sanksiyaları İranı zəiflətməyəcək
-
Todd Blanş rəsmən ABŞ-nin ədliyyə naziri vəzifəsinin icrasına başlayıb













