Tramp Braziliyada prezident seçkilərinin nəticələrinə şübhə ilə yanaşıb
Far.Az xəbər saytı

Tramp Braziliyada prezident seçkilərinin nəticələrinə şübhə ilə yanaşıb


ABŞ Prezidenti Donald Tramp Braziliyada dövlət başçısı Luis İnasio Lula da Silvanın qalib gəldiyi prezident seçkilərinin nəticələrinin etibarlılığına şübhə ilə yanaşıb.

"Report" xəbər verir ki, Amerika lideri bu barədə Texas ştatında Respublikaçılar Partiyasının tərəfdarları qarşısında çıxışı zamanı bildirib.

Demokratlar Partiyasından olan siyasi rəqiblərini tənqid edən Tramp onları "yəqin ki, tarixdə seçkilərdə ən böyük saxtakarlıq edənlər" adlandırıb.

"Braziliya da bu işdə pis deyil, elə deyilmi? Bunu gördünüz? Yaxşı görünmürdü", – deyə o, səsvermənin nəticələrini şərh edərkən bildirib.

Bununla yanaşı, ABŞ Prezidenti Braziliyada keçirilən seçkilərdə namizədlərdən heç birini dəstəkləmədiyini vurğulayıb: "Mən heç kimin tərəfini tutmamışam, amma bu, xoşuma gəlmədi. Çox da yaxşı görünmürdü".

Qeyd edək ki, Braziliyada prezident seçkilərinin ikinci turunun nəticələrinə əsasən, Luis İnasio Lula da Silva senator Flavio Bolsonarunu qabaqlayaraq yenidən prezident seçilib.

Oxşar xəbərlər

Lula da Silva yenidən Braziliya Prezidenti seçilib - Yenilənib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Braziliyada prezident seçkiləri ikinci tura qalıb - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər