Xaçmazda yol qəzasında ölən piyadanın şəxsiyyəti müəyyənləşib - YENİLƏNİB
Far.Az xəbər saytı

Xaçmazda yol qəzasında ölən piyadanın şəxsiyyəti müəyyənləşib - YENİLƏNİB


Xaçmazda yol qəzasında ölən piyadanın şəxsiyyəti müəyyənləşib.

"Report"un Şimal bürosunun məlumatına görə, “KamAZ” markalı yük avtomobilinin vurduğu piyadanın Quba rayonu, Vəlvələ kənd sakini, 1949-cu il təvəllüdlü Zamanlı Cəbrayıl Mikayıl oğlu olduğu müəyyənləşib.

Hadisə yerində dünyasını dəyişən C.Zamanlının meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

12:19

Xaçmaz şəhərində piyadanın ölümü ilə nəticələnən yol qəzası olub.

"Report"un Şimal bürosunun məlumatına görə, Xaçmaz şəhərinin Bakı prospektindəki mərkəzi dairədə yol nəqliyyat hadisəsi baş verib.

Belə ki, "KamAz" markalı yük avtomobili yolu keçmək istəyən kişini vurub. Nəticədə ağır xəsarətlər alan piyada hadisə yerində ölüb.

Hazırda ölən şəxsin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Vətən müharibəsinin başlamasından 4 il ötür
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər