Azərbaycanda 7 ayda vergi ödəyicilərinə xidmət mərkəzlərində 331 mindən çox şəxs qəbul edilib
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda vergi ödəyicilərinə xidmət mərkəzlərində 331 137 şəxs qəbul edilib və onlara 549 291 sayda xidmət göstərilib.
Bu barədə "Far.Az"a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.
Məlumata görə, ümumi elektron xidmətlərin 55,3 %-ni 9 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib:
- Bəyannamələrin (hesabatların), cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi;
- Vergi ödəyicisinin fəaliyyətinin dayandırılması;
- Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzin verilməsi;
- "ASAN İmza" sertifikatlarının verilməsi;
- Vergi ödəyicilərinə arayışların verilməsi;
- Vergi ödəyicilərinin uçot məlumatlarının dəyişdirilməsi;
- Fiziki şəxslərin uçota alınması və yenidən uçota alınması;
- Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) uçota alınması (uçotdan çıxarılması);
- Fiziki şəxslərin uçotdan çıxarılması.
Hesabat dövründə vergi ödəyicilərindən daxil olmuş 16,8 min sayda yazılı müraciət cavablandırılıb, 13,5 milyon sayda məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib.
Dövr ərzində 3 146 vergi ödəyicisinin iştirakı ilə 222 görüş keçirilib, 3 997 vergi ödəyicisinə ünvanlı xidmət göstərilib, vergi ödəyicilərinin məlumatlandırılması məqsədilə onların mobil nömrələrinə 3,2 ilyon SMS göndərilib.
Oxşar xəbərlər
Azərbaycanda 11 ayda vergi ödəyicilərinə xidmət mərkəzlərində 582 mindən çox şəxs qəbul edilib
Azərbaycanda 4 ayda vergi ödəyicilərinə xidmət mərkəzlərində 204 mindən çox şəxs qəbul edilib
Azərbaycanda 5 ayda vergi ödəyicilərinə xidmət mərkəzlərində 241 minə yaxın şəxs qəbul edilib
Azərbaycanda 6 ayda vergi ödəyicilərinə xidmət mərkəzlərində 277 minə yaxın şəxs qəbul edilib
Azərbaycanda I rübdə vergi ödəyicilərinə xidmət mərkəzlərində 139 mindən çox şəxs qəbul edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"28 May"–"Nizami" xətti bağlanır: Sabahdan 6 yeni ekspres avtobus işləyəcək
-
Hacıqabulda avtomobilin vurduğu piyada ölüb
-
Qurban Qurbanov: "Rəqibi topsuz qoymağa çalışırdıq"
-
İsveç parlamenti cinayət məsuliyyəti yaşının 14-ə qədər endirilməsinə səs verib
-
ABŞ dronların idxalına rüsumlar tətbiq edib
-
SEPAH: Hörmüz boğazı bağlıdır və İran gəmiçiliyə tam nəzarət edir













