Azərbaycanda 6 ayda vergi ödəyicilərinə xidmət mərkəzlərində 277 minə yaxın şəxs qəbul edilib
Far.Az xəbər saytı

Azərbaycanda 6 ayda vergi ödəyicilərinə xidmət mərkəzlərində 277 minə yaxın şəxs qəbul edilib


Bu ilin yanvar-iyun aylarında Azərbaycanda vergi ödəyicilərinə xidmət mərkəzlərində 276 793 şəxs qəbul edilib və onlara 454 992 sayda xidmət göstərilib.

Bu barədə "Far.Az"a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Məlumata görə, ümumi elektron xidmətlərin 54,4 %-ni 9 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib:

- Bəyannamələrin (hesabatların), cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi;

- Vergi ödəyicisinin fəaliyyətinin dayandırılması;

- Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzin verilməsi;

- "ASAN İmza" sertifikatlarının verilməsi;

- Vergi ödəyicilərinə arayışların verilməsi;

- Vergi ödəyicilərinin uçot məlumatlarının dəyişdirilməsi;

- Fiziki şəxslərin uçota alınması və yenidən uçota alınması;

- Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) uçota alınması (uçotdan çıxarılması);

- Fiziki şəxslərin uçotdan çıxarılması.

Hesabat dövründə vergi ödəyicilərindən daxil olmuş 14,7 min sayda yazılı müraciət cavablandırılıb, 12,8 milyon sayda məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib.

Dövr ərzində 2 806 vergi ödəyicisinin iştirakı ilə 194 görüş keçirilib, 3 413 vergi ödəyicisinə ünvanlı xidmət göstərilib, vergi ödəyicilərinin məlumatlandırılması məqsədilə onların mobil nömrələrinə 3 ilyon SMS göndərilib.

Oxşar xəbərlər

Azərbaycanda 11 ayda vergi ödəyicilərinə xidmət mərkəzlərində 582 mindən çox şəxs qəbul edilib
Azərbaycanda 5 ayda vergi ödəyicilərinə xidmət mərkəzlərində 241 minə yaxın şəxs qəbul edilib
Azərbaycanda 4 ayda vergi ödəyicilərinə xidmət mərkəzlərində 204 mindən çox şəxs qəbul edilib
Azərbaycanda I rübdə vergi ödəyicilərinə xidmət mərkəzlərində 139 mindən çox şəxs qəbul edilib
Naxçıvanda 9 ayda vergi ödəyicilərinə xidmət mərkəzlərində 32 minə yaxın şəxs qəbul edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər