Azərbaycanın velosiped milliləri Gədəbəydə təlim-məşq toplanışına başlayıblar
Azərbaycanın Elit/U-23 və gənclərdən ibarət velosiped milliləri Gədəbəydə təlim-məşq toplanışına start veriblər.
"Report" Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, baş məşqçi Vladimir Buşanski və məşqçi Elçin Qasımovun rəhbərliyi altında keçirilən hazırlıq prosesi 12 gün davam edəcək.
Toplanışın əsas məqsədi velosipedçilərin fiziki və funksional hazırlığının artırılması və qarşıdakı beynəlxalq yarışlara hazırlıqdır.
Elit/U-23 milli komandaları avqustun 27-30-da Türkiyənin Samsun şəhərində keçiriləcək "Tour of Samsun" (2.2) və sentyabrın 3-6-da baş tutacaq "Tour of Istanbul" (2.1) yarışlarında iştirak edəcəklər.
Qeyd edək ki, Gədəbəydəki hazırlıq prosesi oktyabrda Sloveniyanın paytaxtı Lyublyanada keçiriləcək şose velosipedi üzrə Avropa çempionatına hazırlıq baxımından da mühüm əhəmiyyət daşıyır.
Oxşar xəbərlər
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Ucuz qiymətə qızıl almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR
Bankda olan mənzillər təcili satışa çıxarıldı - QİYMƏTLƏR
Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü başa çatıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq
-
Azərbaycan və Ukrayna Fəaliyyət Planını qəbul edib
-
Anar Axundov: Azərbaycanda özəl sektorun investisiya fəallığı yüksəlir
-
Lu Mey: Çin Azərbaycanın hakim partiyası ilə əlaqələri gücləndirmək niyyətindədir
-
AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir
-
Pərvanə Vəliyeva: Hemofiliya üçün Əvəzedici Faktor Preparatlarının regionlara çatdırılması təşkil edilməyib













