Qalib Əbdüləliyev: Samuxda yoluxma ehtimalı olan təsərrüfatdakı heyvanlar nəzarətdədir
Samux Samux rayonu üzrə qeydə alınan qarayara xəstəliyinə yoluxma hadisəsi aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb.
Bunu "Report"a açıqlamasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) şöbə müdiri, baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev deyib.
O bildirib ki, vəziyyət araşdırılıb, xəstə heyvanın harada olduğu, insanların əti haradan əldə etdikləri müəyyənləşdirilib:
"Ət alınıb bişiriləndən sonra qarayara xəstəliyi üçün əsas qalmır. Amma əti hazırlayanda, doğrayanda ətə təmas yolu ilə yoluxma mümkündür. Xəstəxanaya müraciət edən və xəstəliyi təsdiqlənən ilk şəxs qəssabdır. Hazırda həm mövcud vəziyyət, həm də təsərrüfatdakı heyvanlar nəzarətdədir".
AQTA rəsmisi bildirib ki, mobil laboratoriyalar hadisə qeydə alınan əraziyə ezam olunub:
"Araşdırmamıza görə, kəsilən heyvanın əti hələ tam istehlak olunmayıb. Ona görə də dərhal vətəndaşlardan 100 kq-dan çox ət geri toplanaraq zərərsizləşdirmək üçün götürülüb".
Q.Əbdüləliyev xatırladıb ki, qarayara xəstəliyi torpaqda mövcud olur və dünyanın hər yerində, cümlədən Azərbaycanda da rast gəlinir.
Müfəttiş əhali arasında narahatlıq üçün ciddi əsas olmadığını da qeyd edib:
"Bu, infeksion xəstəlik olsa da, insandan insana nadir hallarda keçir. Samuxda rast gəlinən qarayaranın dəri formasıdır ki, müalicəyə tabe olur. İkinci, bu xəstəlik heyvanlar arasında çox sürətlə yayılmır. Tək-tək hallarda rast gəlinir. Odur ki, narahatlığa əsas yoxdur".
O, xəstəlikdən qorunmaq üçün heyvanların vaxtında peyvəndlənməli olduğunu və bunun dövlət tərəfindən qarşılandığını xatırladıb.
Oxşar xəbərlər
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Ev şəraitində baş verən zəhərlənmə və 162 şübhəli müraciət: Yayda nədən uzaq durmalıyıq?
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Lökbatanda anbardakı yanğın nəzarətə götürülüb -YENİLƏNİB-6
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Şəkidə sel fəsadlara səbəb olub
-
Gəncədə yolu keçmək istəyən piyadanı maşın vuraraq öldürüb
-
Masazırda "Sabah" və "Orhus" azarkeşləri arasında baş vermiş İNSİDENTİN GÖRÜNTÜLƏRİ
-
ABŞ-də hərbi helikopter qəzaya uğrayıb, iki nəfər ölüb
-
"Mançester Siti" futbolçusu Kalvin Fillipsi icarəyə verib
-
UEFA Superkubokunun qalibi müəyyənləşib













