AFFA-nın APL Fantasy platformasında qeydiyyatdan keçənlərin sayı 10 000 nəfəri ötüb
Far.Az xəbər saytı

AFFA-nın APL Fantasy platformasında qeydiyyatdan keçənlərin sayı 10 000 nəfəri ötüb


AFFA azarkeşlər üçün təqdim etdiyi yeni rəqəmsal futbol məhsulu - APL Fantasy platformasına maraq sürətlə artır.

"Report" quruma istinadən xəbər verir ki, platformada qeydiyyatdan keçən istifadəçilərin sayı artıq 10 000 nəfəri ötüb.

APL Fantasy, eyni zamanda, həm Google Play, həm də App Store platformalarında Azərbaycanda "İdman" kateqoriyası üzrə 1-ci pilləyə yüksəlib. Bu göstəricilər Azərbaycan futbolsevərlərinin yeni rəqəmsal məhsula olan yüksək marağını və platformanın qısa müddət ərzində qazandığı populyarlığı nümayiş etdirir.

APL Fantasy Azərbaycan Premyer Liqasının azarkeşlərinə öz futbol biliklərini sınamaq, virtual komanda qurmaq, digər iştirakçılarla rəqabət aparmaq və mövsüm ərzində müxtəlif mükafatlar qazanmaq imkanı yaradır. İştirakçılar Premyer Liqanın real futbolçularından ibarət komandalarını formalaşdıraraq hər turun nəticələrinə uyğun xallar toplayır və ümumi reytinqdə daha yüksək mövqelər uğrunda mübarizə aparırlar.

Platformanın ilk mühüm göstəricilərinin Azərbaycan Premyer Liqasının yeni - 2026/2027 mövsümünün başlaması ərəfəsində əldə olunması xüsusi əhəmiyyət daşıyır. Yeni mövsüm avqustun 14-də "Turan Tovuz" – "Qəbələ" oyunu ilə start götürəcək. Beləliklə, futbolsevərlər yeni çempionatla yanaşı, APL Fantasy-də də öz komandalarını quraraq mövsümün ilk turundan etibarən mübarizəyə qoşula biləcəklər.

Mövsüm ərzində APL Fantasy iştirakçılarını müxtəlif mərhələlər üzrə mükafatlar gözləyir. Qaliblər hər turun nəticələrinə əsasən, aylıq reytinqlər üzrə və mövsümün yekununda müəyyən ediləcəklər. Azərbaycan Premyer Liqasının 33 turluq mövsümünün sonunda isə ən uğurlu iştirakçılar xüsusi və dəyərli baş mükafatlar uğrunda mübarizə aparacaqlar.

Xatırladaq ki, AFFA-nın yeni rəqəmsal məhsulunun əsas məqsədi Azərbaycan futboluna marağı daha da artırmaq, azarkeşlərin çempionatla qarşılıqlı əlaqəsini gücləndirmək və futbolsevərlərə müasir, interaktiv futbol təcrübəsi təqdim etməkdir.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər