AFFA "Futbolda istedadların aşkarlanması və oyunçu seçimi" mövzusunda vebinar təşkil edib
AFFA tərəfindən "Futbolda istedadların aşkarlanması və oyunçu seçimi" mövzusunda vebinar keçirilib.
"Far.Az" quruma istinadən xəbər verir ki, tədbirdə Bakı və regionlardan olan məşqçilər, akademiya və klub nümayəndələri, eləcə də fiziki tərbiyə müəllimləri iştirak ediblər.
Vebinar İtaliyada futbolda istedadların müəyyənləşdirilməsi və skautinq sahəsində fəaliyyət göstərən Kamran Şahverdiyev tərəfindən təqdim olunub. Təlimçi istedadların aşkarlanması, oyunçu seçimi və inkişafı sahəsində əldə etdiyi təcrübəni iştirakçılarla bölüşüb, müasir yanaşmalar barədə məlumat verib.
Onlayn seminar zamanı istedadlı oyunçuların müəyyənləşdirilməsi və inkişaf etdirilməsi, oyunçuların texniki, taktiki, fiziki və psixoloji göstəricilər əsasında qiymətləndirilməsi, skautinq prosesinin əsas mərhələləri, məlumatların təhlili və müasir skautinq vasitələrindən istifadə mövzuları müzakirə olunub.
İnteraktiv müzakirələr zamanı iştirakçılar Azərbaycanda istedadların aşkarlanması, oyunçu seçimi və inkişafı sahəsində qarşılaşdıqları çətinlikləri bölüşüb, klub və akademiyalarda tətbiq olunan yanaşmalar, eləcə də beynəlxalq təcrübənin tətbiqi imkanları ətrafında fikir mübadiləsi aparıblar.
İştirakçılar vebinarı yüksək qiymətləndirərək gələcəkdə mövzu üzrə beynəlxalq təcrübədən daha geniş şəkildə yararlanacaqlarını bildiriblər.
AFFA futbol mütəxəssisləri üçün aktual mövzular üzrə öyrənmə və inkişaf imkanları təşkil etməyə davam edəcək.
Oxşar xəbərlər
AFFA-da "Futbolda Uşaqların Hüquqlarının Qorunması" mövzusunda seminar təşkil olunub
Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
Prezident Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Şəkidə sel fəsadlara səbəb olub
-
ABŞ-də hərbi helikopter qəzaya uğrayıb, iki nəfər ölüb
-
Masazırda "Sabah" və "Orhus" azarkeşləri arasında baş vermiş İNSİDENTİN GÖRÜNTÜLƏRİ
-
Gəncədə yolu keçmək istəyən piyadanı maşın vuraraq öldürüb
-
UEFA Superkubokunun qalibi müəyyənləşib
-
"Mançester Siti" futbolçusu Kalvin Fillipsi icarəyə verib













