Arif Əsədov: "Dinamo" üzərində qələbə "Qarabağ" və Azərbaycan futbolu üçün çox vacib idi"
Far.Az xəbər saytı

Arif Əsədov: "Dinamo" üzərində qələbə "Qarabağ" və Azərbaycan futbolu üçün çox vacib idi"


"Dinamo" (Kiyev) komandası ilə oyundakı qələbə "Qarabağ" və Azərbaycan futbolu üçün çox vacib idi.

Bu barədə "Report"a Azərbaycan millisinin sabiq məşqçisi Arif Əsədov açıqlama verib.

Mütəxəssis "köhlən atlar"ın UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda Ukrayna təmsilçisini 2 cavabsız qolla məğlub etdiyi matçla bağlı fikirlərini bölüşüb:

"Bu qələbə "Qarabağ" və Azərbaycan futbolu üçün çox vacib idi. Çünki illərdir bu komanda ölkəmizi avrokuboklarda uğurla təmsil edir. Komandada böyük dəyişikliklər olub. Yeni futbolçular cəlb edilib. İstər-istəməz bunlar kollektivin oyununa və nəticələrə təsir edir. Polşadakı məğlubiyyətdən sonra "Qarabağ"ın Bakıda qələbə qazanacağına inanırdım. Amma bir az şübhələr də olurdu. Şükürlər olsun ki, komanda qalib gələrək təcrübəsini və xarakterini nümayiş etdirdi. Düşünürəm ki, bu qələbə məşqçilərə, futbolçulara stimul verəcək".

A.Əsədov "Qarabağ"ın pley-offda üz-üzə gələcəyi Niderlandın "Tvente" (Niderland) komandası haqqında da fikirlərini bölüşüb:

"Bu raunddakı komanda da güclüdür. "Qarabağ" növbəti matçlarda daha inamlı təsir bağışlamalıdır. Düşünürəm ki, təmsilçimiz təcrübəsi hesabına UEFA Konfrans Liqasında əsas mərhələyə vəsiqə qazanacaq".

Xatırladaq ki, "Qarabağ" "Tvente" ilə ilk matçını avqustun 20-də səfərdə keçirəcək. Cavab matçı avqustun 27-də Bakıda baş tutacaq.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər