"Azercell"in "Oflayn Qadınlar" layihəsi beynəlxalq "Stevie" mükafatına layiq görülüb
Far.Az xəbər saytı

"Azercell"in "Oflayn Qadınlar" layihəsi beynəlxalq "Stevie" mükafatına layiq görülüb


Qadınların çətin həyat şəraitində zəruri məlumat və dəstək resurslarına çıxışını təmin edən sosial təşəbbüs Avropanın ən yaxşı KSM proqramları sırasında yer alıb

"Azercell"in çətin həyat şəraitində olan qadınlara dəstək məqsədilə həyata keçirdiyi "Oflayn Qadınlar" sosial təşəbbüsü beynəlxalq səviyyədə növbəti uğura imza atıb. Layihə 23-cü "International Business Awards" müsabiqəsində Avropa üzrə "İlin Korporativ Sosial Məsuliyyət Proqramı" ("Corporate Social Responsibility Program of the Year in Europe") kateqoriyasında Gümüş "Stevie" mükafatına layiq görülüb.

"Oflayn Qadınlar" zorakılığa məruz qalan və ya zorakılıq riski ilə üzləşən qadınların hüquqları, yardım mexanizmləri və mövcud dəstək xidmətləri haqqında zəruri məlumatlara maneəsiz çıxışını təmin edən rəqəmsal platformadır. Texnologiyanın imkanlarını konkret sosial problemin həllinə yönəldən layihə xüsusilə həssas vəziyyətdə olan və təcili dəstəyə ehtiyac duyan qadınlar üçün kritik məlumatları əlçatan edir.

Layihənin əsas fərqləndirici xüsusiyyəti saytdan mobil balansdan asılı olmayaraq yararlanmağın mümkün olmasıdır. Belə ki, "Azercell" abunəçiləri aktiv internet paketi və ya balansları olmadığı halda belə oflaynqadinlar.az platformasına daxil olaraq ehtiyac duyduqları məlumat və dəstək resurslarından yararlana bilirlər.

Dünyanın aparıcı biznes mükafatları proqramlarından biri olan "International Business Awards"ın 2026-cı il müsabiqəsinə 82 ölkədən 3400-dən artıq müraciət təqdim olunub. Müxtəlif sahələri təmsil edən təşkilatlar beynəlxalq biznes ictimaiyyətinin 300-dən çox müstəqil eksperti tərəfindən qiymətləndirilib. Belə yüksək rəqabət şəraitində "Oflayn Qadınlar" layihəsinin Avropa üzrə Gümüş "Stevie" mükafatına layiq görülməsi "Azercell"in sosial innovasiya sahəsində həyata keçirdiyi təşəbbüsün beynəlxalq səviyyədə tanınmasının göstəricisidir.

"Azercell" korporativ sosial məsuliyyət fəaliyyətini uzunmüddətli sosial dəyərin yaradılması, rəqəmsal imkanlara çıxışın genişləndirilməsi və həssas qrupların dəstəklənməsi istiqamətində davam etdirir.

Oxşar xəbərlər

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Maşın qiymətinə olan telefon nömrələri satışa çıxarıldı - SİYAHI
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər