Okan Burukdan Osimhenə xüsusi XƏBƏRDARLIQ: "Sakit qal"
"Qalatasaray" yeni mövsümün açılışını bu axşam "Çorum FK" ilə keçirəcək. Qarşılaşma öncəsi diqqətlər komandanın ulduz futbolçusu Viktor Osimhenə yönəlib.
Far.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hazırlıq matçlarında rəqib futbolçularla bir neçə dəfə sərt mübahisə yaşayan nigeriyalı hücumçu ilə baş məşqçi Okan Burukun xüsusi söhbət etdiyi bildirilir.
Məlumata görə, Buruk 26 yaşlı forvarda meydanda daha sakit davranması ilə bağlı xəbərdarlıq edib və ondan emosiyalarını nəzarətdə saxlamağı istəyib.
Osimhenlə komanda kapitanı Abdülkərim Bardakçı və digər futbolçuların da söhbət etdiyi qeyd olunur. Komanda yoldaşları nigeriyalı hücumçunun "Qalatasaray" üçün əhəmiyyətini vurğulayıb.
Qeyd edək ki, transfer dönəmində gələcəyi müzakirə olunan Osimhen Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun marağına baxmayaraq, İstanbul təmsilçisində qalıb.
Nigeriyalı ulduz "Qalatasaray" forması ilə indiyədək 74 oyunda 59 qol vurub. Osimhen İstanbul klubu ilə iki Türkiyə Super Liqası çempionluğu və bir Türkiyə Kuboku olmaqla üç titul qazanıb.
Oxşar xəbərlər
İlham Əliyev İmişlidə "Promalt" MMC-nin arpa emalı müəssisəsinin açılışını edib
Qış turizm mövsümü öncəsi daxili turizm imkanları nümayiş etdirilib
Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Milli dəyərlər və gənclərin gələcəyi mövzusunda tədbir keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda 9 mərtəbəli yataqxana TƏMİR OLUNACAQ
-
Kürşad Zorlu: Özbəkistanın latın əlifbasına keçidlə bağlı qanunu qəbul etməsindən məmnunuq
-
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə XƏBƏRDARLIQ
-
Səudiyyə Ərəbistanına dron hücumuna görə İraqda hərbi komandir işdən çıxarılıb
-
Səudiyyə Ərəbistanı XİN: Neft kəmərinə hücum edən dronlar İraqdan buraxılıb
-
Türkiyədə 2027-2029-cu illər üzrə Dövlət İnvestisiya Proqramının hazırlıqlarına başlanılıb













