Azərbaycan və "CITIC Group" süni intellekt hesablama platforması üzrə əməkdaşlığı müzakirə edib
Azərbaycan Çinin ən iri dövlət şirkətlərindən biri olan "CITIC Group" ilə Bakıda həyata keçirilməsi nəzərdə tutulan süni intellekt hesablama platforması layihəsi üzrə əməkdaşlıq imkanlarını müzakirə edib.
"Report" Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, müzakirələr nazir müavini Saməddin Əsədovun "CITIC Group"un vitse-prezidenti Benjamin Baonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə baş tutub.
Görüşdə mərhələli şəkildə həyata keçirilməsi və ilkin gücünün 1 GVt-a qədər olması nəzərdə tutulan platforma ilə bağlı "CITIC Group"un potensial tərəfdaş, o cümlədən maliyyələşdirmə və tikinti-quraşdırma işlərinin icrasında iştirakçı qismində cəlb olunması məsələsi müzakirə mövzularından biri olub.
Həmçinin "AZCON Holdinq"in nəqliyyat, rabitə və Milli Süni İntellekt Mərkəzi üzrə layihələri çərçivəsində "CITIC Group"la əməkdaşlıq imkanları müzakirə olunub.
"CITIC Group" bank, qeyri-bank maliyyə xidmətləri, sənaye istehsalı, qabaqcıl materiallar və yeni tipli şəhərsalma olmaqla beş əsas biznes istiqaməti üzrə fəaliyyət göstərir. Şirkətin ümumi aktivləri təxminən 1,5 trilyon ABŞ dolları təşkil edir.
Oxşar xəbərlər
WUF13 yüksəksəviyyəli sessiyalar və rekord sayda iştirakçı ilə uğurla başa çatıb
İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
-
NYT: Ağ Evin yeni Aparat rəhbəri Trampı İranla müharibəyə son qoymağa çağırıb
-
Zəfər yolunun açılışından 5 il ötür – Şuşaya aparan tarixi yol
-
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
-
Energetik içkilərlə bağlı şok faktlar: "Zəiflərə, hamilələrə zərərlidir, sağlam adama yox?!"













