Bakıda beynəlxalq badminton turniri start götürüb
Bakıda 19 yaşadək gənc və yeniyetmə badmintonçular arasında "Azerbaijan Junior Open 2026" beynəlxalq turnirinə start verilib.
Azərbaycan Badminton Federasiyasından "Far.Az"a verilən məlumata görə, yarışda Azərbaycan da daxil olmaqla 9 ölkədən 64 badmintonçu 5 kateqoriya üzrə mükafatlar uğrunda mübarizə aparır.
Azərbaycan turnirdə 22 badmintonçu ilə təmsil olunur. Yarışın digər iştirakçıları Türkiyə, Özbəkistan, Gürcüstan, İran, Birləşmiş Ərəb Əmirlikləri, ABŞ, Hindistan və Tacikistan təmsilçiləridir.
Turnir çərçivəsində badmintonçular oğlan və qızların şəxsi, qoşa, eləcə də qarışıq qoşa kateqoriyalarında qüvvələrini sınayırlar.
"Azerbaijan Junior Open 2026" ölkədə ilk dəfə "Junior International Series" kateqoriyasında təşkil olunan yarışdır.
Yarışa avqustun 16-da keçiriləcək final qarşılaşmaları ilə yekun vurulacaq.
Oxşar xəbərlər
"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə keçirilən minifutbol turniri başa çatıb
Global Media Group şahmat turniri təşkil etdi
Bakı "Azerbaijan Junior Open 2026" beynəlxalq badminton turnirinə ev sahibliyi edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq
-
Azərbaycan və Ukrayna Fəaliyyət Planını qəbul edib
-
Anar Axundov: Azərbaycanda özəl sektorun investisiya fəallığı yüksəlir
-
Lu Mey: Çin Azərbaycanın hakim partiyası ilə əlaqələri gücləndirmək niyyətindədir
-
AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir
-
Pərvanə Vəliyeva: Hemofiliya üçün Əvəzedici Faktor Preparatlarının regionlara çatdırılması təşkil edilməyib













