Bakı "Azerbaijan Junior Open 2026" beynəlxalq badminton turnirinə ev sahibliyi edəcək
Avqustun 14-dən 16-dək Bakıda badminton üzrə "Azerbaijan Junior Open 2026" beynəlxalq turniri keçiriləcək.
Azərbaycan Badminton Federasiyasından "Report"a verilən məlumata görə, badminton zalında təşkil olunacaq yarışda Azərbaycan idmançıları ilə yanaşı, ABŞ, İran, Hindistan, Türkiyə, Özbəkistan, Tacikistan, Birləşmiş Ərəb Əmirlikləri və Gürcüstanı təmsil edən badmintonçular da mübarizə aparacaqlar.
Turnirin ümumi mükafat fondu 5 min ABŞ dolları - təxminən 8 500 manat təşkil edir.
Azərbaycan yarışda baş məşqçi Morteza Validarvinin rəhbərliyi altında ümumilikdə 22 yeniyetmə badmintonçu - 13 qız və 9 oğlan idmançı ilə təmsil olunacaq.
Beş kateqoriya üzrə keçiriləcək yarışlara avqustun 14-də saat 09:00-da start veriləcək. Turnirə avqustun 16-da baş tutacaq final qarşılaşmaları ilə yekun vurulacaq.
Yarışın baş hakimi yunanıstanlı mütəxəssis Xristos Evangelidis olacaq.
"Azerbaijan Junior Open 2026" Azərbaycanda "Junior International Series" kateqoriyası üzrə keçiriləcək ilk beynəlxalq badminton turniridir.
Turnirin keçirilməsində əsas məqsəd uşaq və yeniyetmə badmintonçuların beynəlxalq yarış təcrübəsinin artırılması, onların peşəkar inkişafına dəstək göstərilməsi və idmançılar arasında rəqabət mühitinin gücləndirilməsidir.
Oxşar xəbərlər
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır
Bankda olan mənzillər təcili satışa çıxarıldı - QİYMƏTLƏR
Ucuz qiymətə qızıl almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə keçirilən minifutbol turniri başa çatıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan cüdoçusu Nilgün Rzayeva Avropa Kubokunda bürünc medal qazanıb
-
Rubio: Ermənistanla Azərbaycanı nümayiş etdirdikləri cəsarət və uzaqgörənliyə görə təbrik edirik
-
Co Baydenin xərçəngi sümüklərə yayılıb
-
İran Hürmüz boğazının açılması üçün ABŞ-yə şərtlər irəli sürdü
-
İlham Əliyevlə Donald Tramp arasında telefon danışığı olub
-
Pezeşkian: İndi ABŞ ilə razılaşma əldə etmək üçün ən yaxşı vaxtdır













