Giorgi Tumasyan: Azərbaycan və Ermənistanın enerji əməkdaşlığı qarşılıqlı etimadı gücləndirə bilər
Far.Az xəbər saytı

Giorgi Tumasyan: Azərbaycan və Ermənistanın enerji əməkdaşlığı qarşılıqlı etimadı gücləndirə bilər


Azərbaycan və Ermənistan arasında enerji sahəsində əməkdaşlıq qarşılıqlı etimadı gücləndirə bilər.

Bunu "Report"un yerli bürosuna açıqlamasında Gürcüstan Erməni İctimai Platformasının sədri Giorgi Tumasyan deyib.

O, Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistana elektrik enerjisinin tədarükü və elektrik enerjisinin bu ölkənin ərazisindən tranziti ilə bağlı təkliflərinin müsbət qiymətləndirildiyini vurğulayıb.

Ekspert enerji sahəsində əməkdaşlığın Azərbaycan və Ermənistan arasında etimadı gücləndirməklə yanaşı, iqtisadi əlaqələrin inkişafına da mühüm töhfə verə biləcəyini qeyd edib:

"Enerji sahəsində əməkdaşlıq təkcə ölkələr arasında etimadı gücləndirməyə deyil, həm də iqtisadi əməkdaşlığın inkişafına imkan yarada bilər. Müasir dünyada iqtisadi əməkdaşlıq mehriban qonşuluq münasibətlərinin formalaşması üçün əsas amillərdən biridir".

F.Tumasyanın fikrincə, regionda mövcud olan böhran və risklər fonunda Azərbaycan-Ermənistan enerji əməkdaşlığı xüsusi əhəmiyyət daşıyır:

"Tərəflər arasında neft məhsullarının tədarükü ilə bağlı artıq müsbət nümunələr mövcuddur və bu təcrübə qarşılıqlı əlaqələrin daha da dərinləşdirilməsinə, həmçinin tranzit əlaqələrinin inkişafına müsbət təsir göstərə bilər. Bu, nəticə etibarilə TRİPP layihəsi çərçivəsində planlaşdırılan tranzit proseslərinin də intensivləşməsinə gətirib çıxaracaq".

Oxşar xəbərlər

İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər