"Təsərrüfat işləri ilə məşğul idik, qayıdanda körpünü keçə bilmədik" - Tovuzda sel çətin anlar yaşatdı
Tovuz rayonunda güclü yağışdan sonra gələn sel fəsadlar törədib. Belə ki, ötən gündən başlayan aramsız yağışlar səbəbindən Zəyəm çayında suyun səviyyəsi kəskin artıb.
Nəticədə, İsəkənd kəndini iki hissəyə bölən Zəyəm çayının üzərindəki körpü sel suları səbəbindən sıradan çıxıb.
Bu barədə Baku TV-nin materialında deyilir.
Bununla da İsəkənd kəndinin rayon mərkəzi ilə əlaqəsi kəsilib. Sakinlər hadisə ilə bağlı jurnalistlərə açıqlama veriblər.
"Biz təsərrüfat işləri ilə məşğul idik. Qayıdanda körpünü keçə bilmədik. Aidiyyəti qurumlara zəng etsək də, köməyə heç kim gəlmədi. Ağır xəstələrimiz var. Dünyasını dəyişən olsa, qəbiristanlıq çayın bu tayındadır, onu necə aparacağıq?!" - sakinlərdən biri söyləyib.
Digər bir vətəndaş isə qeyd edib:
"Hər il olduğu kimi, bu il də körpümüz bərbad vəziyyətdədir. Evdə yaşlı, xəstə anam var, həkimə apara bilmirəm. Hər dəfə körpünün təmir olunacağını desələr də, ortada heç bir nəticə yoxdur".
Oxşar xəbərlər
WUF13-ün beşinci günündən maraqlı anlar - FOTOREPORTAJ
Güclü yağışdan sonra Bakıda genişmiqyaslı daxili iməcilik keçirilib
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
Lənkərançayda suyun səviyyəsi artıb - qabaqlayıcı tədbirlər görülür
İlham Əliyev Zəngilanın Ağalı kəndinin 2-ci mərhələsinin və Məmmədbəyli kəndinin açılışlarında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Qurban Qurbanov: "Rəqibi topsuz qoymağa çalışırdıq"
-
Hacıqabulda avtomobilin vurduğu piyada ölüb
-
ABŞ dronların idxalına rüsumlar tətbiq edib
-
İsveç parlamenti cinayət məsuliyyəti yaşının 14-ə qədər endirilməsinə səs verib
-
SEPAH: Hörmüz boğazı bağlıdır və İran gəmiçiliyə tam nəzarət edir
-
Vens: ABŞ-nin İranla müharibədə əsas məqsədi neftin qiymətinin aşağı olmasıdır













