Tramp administrasiyası 400 milyon dollarlıq Ağ Ev layihəsi üçün Ali Məhkəməyə üz tutdu
ABŞ Prezidenti Donald Trampın administrasiyası 400 milyon dollarlıq Ağ Ev bal zalının tikintisini davam etdirməyə icazə verilməsi üçün Ali Məhkəməyə müraciət edib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, administrasiya layihənin Konqresin zəruri razılığı olmadan həyata keçirildiyi barədə apellyasiya məhkəməsinin qərarının dayandırılmasını istəyib.
Ədliyyə Nazirliyinin vəkilləri layihənin milli təhlükəsizlik baxımından zəruri olduğunu bildiriblər. Onların sözlərinə görə, Trampa qarşı çoxsaylı sui-qəsd cəhdləri nəzərə alınaraq, tikilinin təhlükəsizlik baxımından xüsusi əhəmiyyəti var.
Kolumbiya dairəsi üzrə Apellyasiya Məhkəməsi avqustun 7-də tikintinin dayandırılması barədə qərarı qüvvədə saxlayıb və layihənin Konqres tərəfindən təsdiqlənməli olduğunu bildirib.
Məhkəmə vurğulayıb ki, Ağ Evdə böyük bal zalının tikilib-tikilməsinə Konqres qərar verməlidir və milli təhlükəsizliklə bağlı arqumentlər qanundan yan keçmək üçün əsas ola bilməz.
Layihə Ağ Evin Şərq qanadının sökülməsindən və Konqresin icazəsi olmadan 8 360 kvadratmetr sahəsi olan bal zalının tikintisinə başlanmasından sonra Milli Tarixi Abidələrin Mühafizəsi Fondu tərəfindən məhkəməyə çıxarılıb.
Tramp isə layihəni "hərbi mərkəz" adlandırıb və burada bomba sığınacaqları, tibbi məntəqələr, dron və raketlərdən müdafiə sistemləri kimi təhlükəsizlik imkanlarının nəzərdə tutulduğunu bildirib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
"Botanica Residence"nin rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Qurban Qurbanov: "Rəqibi topsuz qoymağa çalışırdıq"
-
Hacıqabulda avtomobilin vurduğu piyada ölüb
-
ABŞ dronların idxalına rüsumlar tətbiq edib
-
İsveç parlamenti cinayət məsuliyyəti yaşının 14-ə qədər endirilməsinə səs verib
-
SEPAH: Hörmüz boğazı bağlıdır və İran gəmiçiliyə tam nəzarət edir
-
Vens: ABŞ-nin İranla müharibədə əsas məqsədi neftin qiymətinin aşağı olmasıdır













