Maltada Etna vulkanının kül buluduna görə onlarla aviareys ləğv edilib
Siciliyada Etna vulkanının püskürməsi nəticəsində yaranan kül buludu Maltaya çatıb və ölkənin yeganə hava limanının işləməməsinə səbəb olub.
"Far.Az" "Times of Malta"ya istinadən xəbər verir ki, yaranmış vəziyyətlə əlaqədar aviaşirkətlər turizm mövsümünün qızğın vaxtında bir sıra reysləri ləğv etməyə və təxirə salmağa məcbur olublar.
Malta beynəlxalq hava limanının nümayəndəsinin sözlərinə görə, çərşənbə axşamı 19 uçuş ləğv edilib, daha bir neçə uçuş uzun müddət təxirə salınıb. Maltadan təxminən 220 km şimalda yerləşən Etna vulkanı keçən həftə fəallığını bərpa edib. Bundan əvvəl, külün buraxılışı səbəbindən, İtaliyada beşinci ən işlək olan, Kataniyada Siciliyanın əsas hava limanı işi dayandırıb. Hava limanının administrasiyası uçuşların qəbulu və göndərilməsinə qoyulan məhdudiyyəti uzadıb.
Malta və Kataniyadan yola düşməyi planlaşdıran sərnişinlərə uçuşlarının vəziyyətini əvvəlcədən aydınlaşdırmaq tövsiyə olunur.
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
WUF13-ün beşinci günündən maraqlı anlar - FOTOREPORTAJ
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Qış turizm mövsümü öncəsi daxili turizm imkanları nümayiş etdirilib
"Sabah" Azərbaycan Kubokunun 2025/2026 mövsümünün qalibi olub - YENİLƏNİB-6
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda 9 mərtəbəli yataqxana TƏMİR OLUNACAQ
-
Kürşad Zorlu: Özbəkistanın latın əlifbasına keçidlə bağlı qanunu qəbul etməsindən məmnunuq
-
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə XƏBƏRDARLIQ
-
Səudiyyə Ərəbistanına dron hücumuna görə İraqda hərbi komandir işdən çıxarılıb
-
Səudiyyə Ərəbistanı XİN: Neft kəmərinə hücum edən dronlar İraqdan buraxılıb
-
Türkiyədə 2027-2029-cu illər üzrə Dövlət İnvestisiya Proqramının hazırlıqlarına başlanılıb













