Almaniyalı üzgüçü dünya rekordunu yeniləyib
2026-cı il Avropa çempionatı çərçivəsində Parisdə 19 yaşlı almaniyalı üzgüçü Yohannes Libman 1500 metr məsafəyə sərbəst üsulla üzgüçülükdə dünya rekordunu yeniləyib.
"Far.Az"un məlumatına görə, o, məsafəni 14 dəqiqə 26,79 saniyəyə qət edərək 1500 metr məsafəni 14 dəqiqə 30 saniyədən daha sürətli başa vuran tarixdə ilk üzgüçü olub.
İkinci yeri 14:39,45 nəticə ilə macarıstanlı Zalan Şarkan, üçüncü yeri isə 14:40,64 nəticə ilə almaniyalı Oliver Klement tutub.
Qeyd edək ki, 2026-cı il Avropa çempionatında qadınlar arasında 50 metr məsafəyə arxasıüstə üzgüçülükdə də dünya rekordu qeydə alınıb. İtaliyalı Sara Kurtis bu məsafəni 26,63 saniyəyə qət edib. Avropa çempionatı avqustun 16-da başa çatacaq.
Oxşar xəbərlər
Hərbi xidməti başa vuran sərhədçi əsgərlər evlərinə yola salınıb
Üzgüçülük üzrə Azərbaycan çempionatı başa çatıb - YENİLƏNİB
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Aygün Kazımovanın ad günündə geyimləri ilə bərq vuran MƏŞHURLAR
Azərbaycan uşuçuları Avropa çempionatında 15 medal qazandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq
-
Azərbaycan və Ukrayna Fəaliyyət Planını qəbul edib
-
Anar Axundov: Azərbaycanda özəl sektorun investisiya fəallığı yüksəlir
-
Lu Mey: Çin Azərbaycanın hakim partiyası ilə əlaqələri gücləndirmək niyyətindədir
-
AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir
-
Pərvanə Vəliyeva: Hemofiliya üçün Əvəzedici Faktor Preparatlarının regionlara çatdırılması təşkil edilməyib













