EBRD prezidenti COP29-da bankın nümayəndə heyətinə rəhbərlik edəcək
Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) noyabrın 11-22-də Bakıda keçiriləcək COP29 iqlim konfransında ən yüksək səviyyədə təmsil olunacaq.
Bankdan “Far.Az”a verilən məlumata görə, konfransda EBRD prezidenti Odil Reno-Basso, bankın birinci vitse-prezidenti Yürgen Riqterink, siyasət və tərəfdaşlıq üzrə vitse-prezidenti Mark Bouman və iqlim strategiyası və tətbiqi üzrə idarəedici direktor Harri Boyd-Karpenter iştirak edəcək.
“Builki tədbir özəl sektorun səfərbər edilməsinə xüsusi diqqət yetirməklə, iqlim maliyyələşdirilməsi vasitəsilə iqlim fəaliyyətinin sürətləndirilməsinə yönəldiləcək”, - bankdan bildirilib.
COP29 çərçivəsində EBRD digər beynəlxalq maliyyə institutları və təşkilatları ilə birgə iqlim dəyişikliyi ilə mübarizəyə, karbonsuzlaşdırmaya həsr olunmuş 11 müxtəlif tematik tədbir təşkil etməyi planlaşdırır.
Bankdan qeyd edilib ki, EBRD davamlı olaraq “yaşıl” inkişafın, davamlılığın və innovasiyanın təşviqinə sadiqdir. Bu məqsədlə EBRD iqlim dəyişikliyi ilə mübarizə, özəl maliyyəni səfərbər etmək və fəaliyyət göstərdiyi bütün regionlarda sistemli dəyişikliklərə nail olmaq üçün beynəlxalq səylərdə fəaldır.
“EBRD bankın biznesinin azı yarısının “yaşıl” olmasını təmin etməyə çalışır. Ötən il bankın “yaşıl” maliyyələşdirməsi 6,5 milyard avroya çatıb. Bank iqlimin maliyyələşdirilməsində liderdir”, - bankdan vurğulayıblar.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Özbəkistanın mədəniyyət naziri: Xalqlarımızı birləşdirən fundamental dəyər mədəniyyətdir - MÜSAHİBƏ
Dünyadakı inkişaf banklarının iqlim dəyişikliyi ilə mübarizəyə ayırmaları rekord həddə çatıb
Samir Şərifov: “Azərbaycanda iqlim dəyişikliyi ilə mübarizəyə tələb olunan maliyyənin diaqnostikası aparılır” - MÜSAHİBƏ
XİN başçısı BMT BA-nın 79-cu sessiyasında çıxış edib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda 9 mərtəbəli yataqxana TƏMİR OLUNACAQ
-
Kürşad Zorlu: Özbəkistanın latın əlifbasına keçidlə bağlı qanunu qəbul etməsindən məmnunuq
-
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə XƏBƏRDARLIQ
-
Səudiyyə Ərəbistanına dron hücumuna görə İraqda hərbi komandir işdən çıxarılıb
-
Səudiyyə Ərəbistanı XİN: Neft kəmərinə hücum edən dronlar İraqdan buraxılıb
-
Türkiyədə 2027-2029-cu illər üzrə Dövlət İnvestisiya Proqramının hazırlıqlarına başlanılıb













