Cəlil Cəlilov: "Azərbaycan millisi Avropa çempionatında yaxşı oyun sərgiləyir"
Far.Az xəbər saytı

Cəlil Cəlilov: "Azərbaycan millisi Avropa çempionatında yaxşı oyun sərgiləyir"


Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında yaxşı oyun sərgiləyir.

Bu barədə "Far.Az"a voleybol üzrə kişilərdən ibarət "Xilasedici" komandasının baş məşqçisi Cəlil Cəlilov deyib.

Mütəxəssis yığmanın Avropa çempionatındakı çıxışına toxunub:

"Milli komandaya uğurlar arzulayıram. Kollektiv olaraq yaxşı oyun sərgiləyirlər. İlk oyunda istədikləri kimi alınmadı. Bu, ilk qarşılaşma olduğu üçün idi. Amma əsas odur ki, qalib gəldilər. Baş məşqçi Faiq Qarayevi həmişə özümüzə örnək götürmüşük".

O, Azərbaycan millisinin avqustun 26-da Belçikaya qarşı keçirəcəyi matça da toxunub:

"Qrupda iki ağır oyunumuz qalıb. Bu matçları da qalibiyyətlə başa vurmaq olar. Hər şey ola bilər. Yığmaya uğurlar arzulayıram. Onların turnirdə yaxşı nəticə qazanacağına inanıram. Sonadək döyüşəcəklər. Niderlandla matç ağır keçəcək. Amma inanıram ki, bunun da öhdəsindən gələcəklər".

Xatırladaq ki, Azərbaycan millisi 8 xalla C qrupunun lideridir.

Oxşar xəbərlər

Avropa Liqası: Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Bakıda açıq məşqi baş tutub
"Xilasedici" Azərbaycan çempionu olub
Azərbaycanın kişilərdən ibarət voleybol millisi Avropa Liqasının hazırlığına start verib
Müəzzin, usta, xilasedici, həkim, reklam meneceri işləyən TÜRKİYƏLİ MƏŞHURLAR - SİYAHI
Fərid Qayıbov qadın voleybolçulardan ibarət millinin məşqində iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər