Əbədi dostluq – Azərbaycan-Özbəkistan münasibətlərində yeni tarixi mərhələ
Far.Az xəbər saytı

Əbədi dostluq – Azərbaycan-Özbəkistan münasibətlərində yeni tarixi mərhələ


Prezident İlham Əliyevin bu günlərdə Özbəkistana reallaşan dövlət səfəri tarixi əhəmiyyət daşıyır.

Dövlətimizin başçısının səfər çərçivəsində keçirdiyi görüşlər, iki ölkə arasında imzalanan sənədlər və razılaşdırılmış zəruri məsələlər də Azərbaycanla Özbəkistan arasında əməkdaşlığın müttəfiqlikdən əbədi dostluğa çevrilməsindən xəbər verir. Yadda qalan əsas məqamlardan biri də Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin təltifolunma mərasiminin keçirilməsi oldu. Əvvəlcə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ölkəsinin ali dərəcəli "Dostluq" ordenini dövlətimizin başçısına təqdim etdi. Sonra Prezident İlham Əliyev Azərbaycanın ən ali ordenini -"Heydər Əliyev" ordenini Özbəkistan Prezidentinə təqdim etdi.

BAKU.WS xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə bildirib.

Komitə sədri diqqəti səfər çərçivəsində iki ölkə arasında imzalanan "Əbədi dostluq haqqında Müqavilə"yə cəlb edərək deyib ki, bu tarixi əhəmiyyətli sənədin imzalanması regionlar, biznes, hökumətlər və parlamentlərarası əlaqələrin artıq yüksək səviyyəyə çatdığından xəbər verir. Bu, sadəcə bir sənəd deyil, qarşılıqlı əlaqələri, əməkdaşlıq imkanlarını genişləndirmək, münasibətləri getdikcə yaxşılaşdırmaq və gələcəkdə daha əlverişli işlər qurmaq istiqamətində birgə istəkləri özündə ehtiva edir. Özbəkistan və Azərbaycan arasında əbədi dostluğu təsdiqləyən bu müqavilə hər iki ölkə qarşısında hüquqi-siyasi öhdəliklərlə yanaşı, həm də mənəvi-tarixi məsuliyyət formalaşdırır. Qürurla qeyd etmək olar ki, Özbəkistanla Azərbaycanın dostluq münasibətlərinin yeni mərhələyə qədəm qoyması ölkəmizin xarici siyasətində yeni modeldir.

Çingiz Qənizadə Prezident İlham Əliyevin mətbuata bəyanatında iki ölkə arasında dostluq münasibətlərini gücləndirən amillərdən də söhbət açıldığını vurğulayıb. Qeyd edib ki, ümumiyyətlə, Şavkat Miromonoviç Özbəkistana rəhbərlik etməzdən əvvəl ölkələrimiz arasında heç bir birgə layihə yox idi. Bu gün isə 1 milyardlıq ticarət dövriyyəsi hədəfindən hansısa uzaq bir xəyal kimi deyil, yəqin ki, bir neçə ildən sonra çatacağımız nəticə kimi danışırıq. Hazırda Azərbaycan-Özbəkistan arasında iqtisadiyyatın bütün sahələrində əməkdaşlıq uğurla davam edir.

Onun sözlərinə görə, Mərkəzi Asiya və Azərbaycan böyük potensiala, eyni zamanda, bundan da böyük inkişaf imkanlarına malik vahid geosiyasi və geoiqtisadi regiondur.

Oxşar xəbərlər

Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib - YENİLƏNİB
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova "Dostluq" ordenini təqdim edib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər