Azərbaycanlı idmançı UFC-də nadir fəndlə QALİB GƏLDİ
Far.Az xəbər saytı

Azərbaycanlı idmançı UFC-də nadir fəndlə QALİB GƏLDİ


Azərbaycanlı MMA döyüşçüsü Məhəmmədəli Osmanlı UFC-nin ən məşhur layihələrindən biri olan "The Ultimate Fighter 34"də yarımfinal döyüşünə çıxıb.

Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, xəbər verir ki, ən yüngül çəki dərəcəsində döyüşən Osmanlı yarımfinal mərhələsində ABŞ təmsilçisi Kristian Stronq ilə qarşılaşıb. Azərbaycanlı idmançı həlledici görüşdə rəqibinə nadir boğucu fənd olan "buggy choke" ilə qalib gəlib.

Azərbaycanlı idmançı UFC-də nadir fəndlə QALİB GƏLDİ

Döyüşdə ən yaddaqalan məqamlardan biri turnirdə Osmanlının baş məşqçisi olan Maykl Bispinqin həmin anda yetirməsinə fəndi buraxmağı və ayağa qalxmağa çalışmağı məsləhət görməsinə rəğmən idmançımızın inadından əl çəkməməsi və nəticədə rəqibini təslim olmağa məcbur etməsi epizodudur.

Bununla da 22 yaşlı Məhəmmədəli turnirin finalına vəsiqə qazanaraq UFC müqaviləsi uğrunda mübarizəni davam etdirəcək. Onun finaldakı rəqibi Qırğızıstanı təmsil edən İlimbek Akılbek Uulu olacaq. Final döyüşü sentyabrın 26-da Las-Veqasda baş tutacaq.

Azərbaycanlı idmançı UFC-də nadir fəndlə QALİB GƏLDİ

Qeyd edək ki, Məhəmmədəli Osmanlı 1/4 finalda təcrübəli Qazaxıstan təmsilçisi Artem Belakh üzərində boğucu fəndlə (submission) qələbə qazanaraq növbəti mərhələyə yüksəlmişdi.

Osmanlını finala yüksəldən döyüşünü təqdim edirik:

Oxşar xəbərlər

"UFC Fight Night Baku": İlkin döyüşlər başa çatıb, Fərman Həsənov qələbə qazanıb - YENİLƏNİB-6
Alim Nəbiyev MMA-də növbəti qələbəsini qazanıb, rəqibini 1-ci raundda nokaut edib
Azərbaycanlı döyüşçü İsveçdə MMA turnirində braziliyalı rəqibinə qalib gəlib
"UFC Fight Night Baku": Türkiyə təmsilçisi Abdul Rahman Yahyaev nokautla qələbə qazanıb - YENİLƏNİB-5
"UFC Fight Night Baku": Gecənin ikinci əsas döyüşündə Maqomedov Pereyranı məğlub edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər