Yardımlıda mağazalardan 4500 manatlıq oğurluq edən şəxs saxlanılıb
Yardımlı rayonunda mağazalardan 4500 manat dəyərində oğurluq edən şəxs saxlanılıb.
"Far.Az"un Cənub bürosunun məlumatına görə, Yardımlı şəhəri ərazisində yerləşən bir market və bir geyim mağazasından gecə saatlarında ümumilikdə 4500 manat dəyərində oğurluq edilməsi ilə bağlı polisə məlumat daxil olub.
Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla onun əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş 53 yaşlı İlqar Məmmədov olduğu müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb, İ.Məmmədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
“Abzas Media” işi çərçivəsində saxlanılan şəxslərin həbs müddəti uzadılıb - YENİLƏNİB 2
Bərdədə 22 yaşlı gəncin qətli ilə bağlı cinayət işi başlanılıb - YENİLƏNİB-2
Yardımlıda narkokuryerlikdə şübhəli bilinən qohumlar saxlanılıblar
“Abzas Media”nın baş redaktoru Sevinc Vaqifqızının həbs müddəti uzadılıb - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
-
ABŞ dövlət katibi Əbu-Dabidə Rusiya-Ukrayna danışıqlarında irəliləyişin olacağına ümid edir













