Tunis sahillərində qayığın aşması nəticəsində ölənlərin sayı 14-ə çatıb
Far.Az xəbər saytı

Tunis sahillərində qayığın aşması nəticəsində ölənlərin sayı 14-ə çatıb


Ötən həftə Tunis sahillərində miqrantları daşıyan qayığın aşması nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb.

"Far.Az" "Reuters"ə istinadən xəbər verir ki, Tunis hakimiyyəti itkin düşmüş hesab edilən sonuncu miqrantların meyitlərini aşkar edib.

Tunis İnsan Hüquqları Müşahidə Mərkəzinin məlumatına görə, qayıqda əsasən gənclər, o cümlədən bir ailənin 7 üzvü, həmçinin bir kişi və onun hamilə həyat yoldaşı olub.

Daha əvvəl sahil mühafizəsi 11 tunisli miqrantın meyitinin tapıldığı barədə məlumat yayıb. Bir nəfər xilas edilib.

Tunis Milli Qvardiyasından bildirilib ki, axtarış-xilasetmə əməliyyatı başa çatıb və ölənlərin meyitləri ailələrinə təhvil verilib.

Oxşar xəbərlər

İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
Bakıda obyektdə güclü PARTLAYIŞ - 7 nəfər xilas edilib, yaralılar var
Kəlbəcərdə 855 ailənin köçürüləcəyi kənddən GÖRÜNTÜLƏR
Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş konfrans keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər