Bu ilin ən yaşlı tələbəsi: Məni ən çox sevindirən nəvələrimin təbriki oldu
Far.Az xəbər saytı

Bu ilin ən yaşlı tələbəsi: Məni ən çox sevindirən nəvələrimin təbriki oldu


Bu il ali təhsil müəssisəsinə qəbul olan ən yaşlı tələbə Elbrus Hüseynov onu ən çox sevindirən anın nəvələrinin təbriki olduğunu bildirib.

"Far.Az"a açıqlama verən 58 yaşlı E.Hüseynov subbakalavr (kollec məzunu) kimi Azərbaycan Memarlıq və İnşaat Universitetinin Kommunikasiya sistemləri mühəndisliyinə qəbul olunduğunu qeyd edib.

İki il əvvəl mühəndislik ixtisası üzrə kolleci bitirən Elbrus Hüseynov bu il uşaqlıq arzusunu yerinə yetirərək universitetə sənəd verib:

"Uşaqlıq arzum idi ki, ali təhsil də alım. Şükür Allaha arzum çin oldu və tələbə adını qazandım. Çəkilən zəhmət yerdə qalmır, əziyyət çəkmək lazımdır".

O əlavə edib ki, Bakıda mühəndis işləyib və artıq ərizəsini yazaraq işdən çıxıb.

"Ailəm imtahan nəticələrini biləndə çox sevindi. Bir oğlum, 3 nəvəm var. Məni ən çox sevindirən an nəvələrimin təbriki oldu. Oğlum da ali təhsillidir. Hər zaman mənə dəstək olacaqlarını bildirirdilər. Universiteti bitirdikdən sonra işimi davam etdirməyi düşünürəm", - bu ilin ən yaşlı tələbəsi statusunu qazanan E.Hüseynov əlavə edib.

Oxşar xəbərlər

Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
NDU-nun rektoru Elbrus İsayev media nümayəndələri üçün brifinq keçirib
"SABAH-ın Məzunu 2026" tədbiri keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər