Qalibaf: ABŞ bölgənin gələcəyini riskə atır - YENİLƏNİB
Far.Az xəbər saytı

Qalibaf: ABŞ bölgənin gələcəyini riskə atır - YENİLƏNİB


Tramp administrasiyası yanlış məlumatlarla səhv qərarlar qəbul edir.

"Report" "Tasnim"ə istinadən xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf Qətər Dövlətinin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani ilə görüşdə deyib.

"Tramp administrasiyası yanlış məlumatlarla səhv qərarlar qəbul edir və nəinki Amerikanın özünün maliyyə, hərbi, insan resurslarını, eləcə də bölgənin gələcəyini riskə atır, həm də İran xalqının maraqlarını hədəf alır. Bölgədə genişmiqyaslı qeyri-sabitliyin yaranmasına səbəb olur", - Qalibaf bildirib.

Onun fikrincə, İranın iqtisadi mühasirə planı da nəticəsiz qalacaq: "Anlaşma memorandumu (İslamabad Anlaşma Memorandumu) əsasında üzərinə götürdüyü şərtləri icra etməli olan məhz Amerikadır".

Qətərin xarici işlər naziri də Hörmüz boğazında dəniz nəqliyyatı məsələsində İran və Oman arasındakı anlaşmanı alqışlayıb: "Cari diplomatik proseslərin gedişi bölgəyə sabitliyin qayıtmasına kömək edə bilər."

Xatırladaq ki, İran və Oman Hörmüz boğazında gəmiçilikdən əldə olunan gəlirlərin bölüşdürülməsi barədə razılığa gəlib.

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf Qətər Dövlətinin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani ilə görüşüb və tərəflər regional gərginliklərin azaldılmasının zəruriliyini vurğulayıblar.

"Report" "Tasnim"ə istinadən xəbər verir ki, həmçinin ABŞ ilə danışıqların bərpası üçün münasib şəraitin yaradılması istiqamətindəki səylər barədə fikir mübadiləsi aparılıb.

Qətərin Baş naziri diplomatik yolun yenidən davam etdirilməsinin vacibliyini vurğulayıb və əlavə edib ki, dialoq ixtilafların həlli və regionda gərginliyin daha da kəskinləşməsinin qarşısının alınması üçün ən yaxşı yoldur.

Xatırladaq ki, Al Taninin Tehrana səfərinin məqsədi İranın yüksək vəzifəli rəsmiləri ilə görüşmək və regionda təhlükəsizlik, sabitliyin möhkəmləndirilməsi, Hörmüz boğazının münaqişədən əvvəlki vəziyyətə gətirilməsi üçün ABŞ ilə danışıqların bərpasına çalışmaqdır.

Oxşar xəbərlər

İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyana Qarabağ atı hədiyyə edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Əbdülrəhman bin Casim Al Tani: İran münaqişə zonasını genişləndirmək istəyir
İlham Əliyev və BƏƏ prezidenti Yeni Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər