ADY genişmiqyaslı rəqəmsallaşdırmaya hazırlaşır
Far.Az xəbər saytı

ADY genişmiqyaslı rəqəmsallaşdırmaya hazırlaşır


"Azərbaycan Dəmir Yolları" QSC (ADY) SAP ERP sisteminin tətbiqi proqramı çərçivəsində bazarla ilkin tanışlıq (Early Market Engagement, EME) proseduruna başlayır.

"Far.Az" Asiya İnkişaf Bankının (ADB) materiallarına istinadən xəbər verir ki, layihə səhmdar cəmiyyətinin genişmiqyaslı rəqəmsal transformasiya proqramı çərçivəsində həyata keçirilir.

SAP ERP - Almaniyanın SAP SE şirkəti tərəfindən hazırlanmış müəssisənin idarə olunması üzrə kompleks sistemdir.

EME mərhələsinin əsas məqsədi - potensial həll tədarükçülərini və sistem inteqratorlarını şirkətin rəqəmsallaşdırma planları barədə məlumatlandırmaq, gələcək SAP ERP sisteminin arxitekturasını, işlərin həcmini və icra modellərini müzakirə etmək, habelə tender sənədlərini optimallaşdırmaq üçün bazar iştirakçılarından rəy toplamaqdır.

SAP ERP transformasiya proqramı maliyyə uçotu və hesabatlılığı, aktivlərin idarə edilməsi, maddi-texniki təchizat, texniki xidmət və təmir, habelə personalın idarə edilməsi daxil olmaqla, ADY-nin əsas biznes proseslərinin modernləşdirilməsinə və inteqrasiyasına yönəlib.

Potensial podratçılarla görüşlər və layihənin təqdimatı avqustun sonu - sentyabrın əvvəlinə planlaşdırılır.

ADY-nin rəqəmsal transformasiya proqramının maliyyələşdirilməsi ADB-nin borc vəsaitləri hesabına həyata keçirilir. Azərbaycanın dəmir yolu sektorunun rəqəmsallaşdırılması üzrə kompleks layihənin ümumi dəyəri 60,52 milyon ABŞ dolları məbləğində qiymətləndirilir ki, bunun da 47 milyon ABŞ dollarını ADB təqdim edir, qalan hissəsi isə ölkə hökuməti hesabına maliyyələşdirilir.

Oxşar xəbərlər

Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
Sabirabad Sənaye Məhəlləsində toxum istehsalı müəssisəsinin fəaliyyəti ilə tanışlıq
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Sabirabadda su filtrlərinin istehsalı müəssisəsinin fəaliyyəti ilə tanışlıq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər