Bakıda yaşayış kompleksində ikinci qapının açılması üçün binanın əsas divarı dağıdıldı
Far.Az xəbər saytı

Bakıda yaşayış kompleksində ikinci qapının açılması üçün binanın əsas divarı dağıdıldı


Paytaxtda binanın daşıyıcı divarının dağıdılaraq mənzilə əlavə giriş qapısının açıldığı iddia edilir.

BAKU.WS "Xəzər" TV-yə istinadən xəbər verir ki, sözügedən hal Xətai rayonunda yerləşən yaşayış komplekslərindən birində baş verib.

Kompleksin sakini iddia edirlər ki, binanın 3-cü mərtəbəsində yerləşən 700 saylı mənzilin sahibi lift sahəsinə əlavə giriş qapısı açıb. Sakin bunun üçün binanın daşıyıcı divarının dağıdıldığını və mənzil sahibinin MTK rəhbərliyi ilə razılaşdığını iddia edib.

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, sifarişçisi "The Baku Group LTD" MMC olan və Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsində yerləşən binanın istismarına 2019-cu ildə icazə verilib.

Nazirlikdən qeyd olunub ki, istismarda olan binalarla bağlı inzibati icraat Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid deyil.

Bildirilib ki, yaşayış sahələrinin yenidən qurulması və yenidən planlaşdırılması, habelə bu istiqamətdə özbaşına aparılan işlərlə bağlı məsələlər Mənzil Məcəlləsi ilə tənzimlənir.

Oxşar xəbərlər

Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
Veb-kamera quraşdırılan seçki məntəqələrinin siyahısı açıqlanıb
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər