"Azərişıq" Zərdabın bir sıra kəndlərində yenidənqurma işləri aparır
Far.Az xəbər saytı

"Azərişıq" Zərdabın bir sıra kəndlərində yenidənqurma işləri aparır


"Azərişıq" ASC Zərdab rayonunun bir sıra kənd və qəsəbələrində elektrik şəbəkəsini yenidən qurur.

"Far.Az" səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, rayonun elektrik təchizatının yaxşılaşdırılması məqsədilə 110/35/10 kV-luq "Zərdab" yarımstansiyasının tikintisinə start verilib.

Yarımstansiya istismara verildikdən sonra rayon mərkəzini və kəndləri dayanıqlı elektrik enerjisi ilə təmin edən 35/10 kV-luq "Məlikli", "Əlvənd" və "Zərdab", 35/6 kV-luq "Kür-Nasos" yarımstansiyaları yeni güc mərkəzindən qidalanacaq. Beləliklə, yeni yaradılacaq yarımstansiya vasitəsilə şəhər ərazisi və 30 kənd keyfiyyətli elektrik enerjisi ilə təchiz olunacaq.

Yenidənqurma işləri çərçivəsində rayonun bir sıra yaşayış məntəqələrində 0.4 və 10 kV-luq elektrik şəbəkəsi tamamilə yenidən qurulur. Gödəkqobu kəndində 4 ədəd müxtəlif güclü yeni 10/0.4 kV-luq Komplekt Transformator Məntəqəsi (KTM) quraşdırılıb. Həmçinin 0.4 və 10 kV-luq metal dayaqlar əkilir, Özünüdaşıyan İzolyasiyalı Naqillər çəkilir. Yaşayış məntəqəsi elektron tipli sayğaclarla təchiz olunur.

Dəkkəoba kəndinin də 0.4 və 10 kV-luq elektrik şəbəkəsi yenilənir. Yaşayış məntəqəsində 5 ədəd müasir tipli KTM quraşdırılıb.

Bundan əlavə rayonun Pərvanlı və İsaqbağı kəndlərinin elektrik şəbəkəsi yenidən qurulur. Qeyd edək ki, "Azərişıq" ASC-nin həyata keçirdiyi əsaslı təmir və yenidənqurma işləri abonentlərin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması, enerji itkilərinin minimuma endirilməsinə hədəflənib.

"Azərişıq" Zərdabın bir sıra kəndlərində yenidənqurma işləri aparır

Oxşar xəbərlər

Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
Ucuz qiymətə qızıl almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR
Bankda olan mənzillər təcili satışa çıxarıldı - QİYMƏTLƏR
"Xankəndi-1" elektrik yarımstansiyası istismara verilib
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər