Bitkoinin qiyməti 2029-cu ilin sonunadək 300 min dollara çata bilər
Far.Az xəbər saytı

Bitkoinin qiyməti 2029-cu ilin sonunadək 300 min dollara çata bilər


Beynəlxalq "Bernstein" analitik şirkətinin şərhçiləri bitkoinin qiymətinin 2029-cu ilin sonunadək 300 min dollara çata biləcəyini gözləyirlər.

AZƏRTAC "Investing" nəşrinə istinadla xəbər verir ki, "Bernstein"in analitiki Qautama Çuqaninin sözlərinə görə, bitkoinin 150 min dollarlıq yeni tarixi maksimuma artıq 2027-ci ilin ortalarına qədər çatması mümkündür.

Proqnoz bitkoinin ənənəvi dördillik dövr üzrə inkişafını davam etdirəcəyi ehtimalına əsaslanır.

"Bernstein" hesab edir ki, faiz dərəcələrinin uzun illər ərzində aşağı salınması dövrü başa çatıb. Bununla yanaşı, hökumətlər dövlət borcunun və onun xidmətinə çəkilən xərclərin artması ilə üzləşir.

Analitiklərin fikrincə, yüksək faiz dərəcələri büdcə kəsirlərinin daha da artmasına və dövlətlərin yeni borclanmalara ehtiyacının yaranmasına səbəb ola bilər. "Bernstein"də hesab edirlər ki, belə vəziyyətdə hakimiyyət orqanları milli valyutaları zəiflətməklə iqtisadiyyatı dəstəkləməyə çalışacaqlar.

Ekspertlər hesab edirlər ki, bu, investorların təklifi məhdud olan aktivlərə, o cümlədən bitkoinə marağını artıra bilər.

"Bernstein"də, həmçinin iri maliyyə təşkilatlarının və özəl investorların kriptovalyutaya marağının artdığını qeyd edirlər.

Bununla yanaşı, şirkət "MicroStrategy" səhmləri üzrə hədəf qiymətini 450 dollardan 350 dollara endirib, səhmlərlə bağlı "bazar göstəricisindən yüksək" tövsiyəsini isə saxlayıb.

"MicroStrategy" bitkoinin ən böyük korporativ sahibidir və onun ümumi dünya həcminin təxminən 4 faizinə sahibdir.

Oxşar xəbərlər

Anar Ələkbərov "44" bədii filminin çəkilişlərinin başa çatması barədə paylaşım edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər