Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə taxıl göndəriləcək
Far.Az xəbər saytı

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə taxıl göndəriləcək


Bu gün Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti dəfə taxıl tədarükü həyata keçiriləcək.

"Far.Az" xəbər verir ki, 6 vaqondan ibarət, çəkisi 420 ton olan buğda və 4 vaqondan ibarət, çəkisi 280 ton olan arpa "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndəriləcək.

İndiyə qədər Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 54 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1414 ton propan, 133 ton alüminium, 1114 ton kömür və 334 ton taxta göndərilib.

Eyni zamanda, Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.

Oxşar xəbərlər

İlham Əliyev İmişlidə "Promalt" MMC-nin arpa emalı müəssisəsinin açılışını edib
Azərbaycandan Ermənistana 4 500 tona yaxın dizel yanacağı Güzdəkdən yola salınır
Azərbaycandan tranzit keçməklə Ermənistana 470 ton propan və 339 ton gübrə göndərilib - YENİLƏNİB
Azərbaycandan tranzit keçməklə Ermənistana 1 000 tondan çox propan qazı göndərilib - YENİLƏNİB
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana taxıl və gübrə göndərilib - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər