WSJ: İranın 2 500-dək raketi var və ABŞ-nin müttəfiqlərinə zərbə endirmək imkanını saxlayır
İranın 1 500–2 500 raketdən ibarət arsenalı var. Bu, genişmiqyaslı müharibənin yenidən başlanacağı təqdirdə Tehrana ABŞ və müttəfiqlərinin hədəflərinə zərbələr endirmək imkanı verir.
"Far.Az" xəbər verir ki, bu barədə "The Wall Street Journal" ABŞ kəşfiyyatına istinadən yazıb.
Nəşrin məlumatına görə, bu qiymətləndirmə ABŞ Prezidenti Donald Trampın və onun administrasiyasının digər nümayəndələrinin İslam Respublikasının hərbi potensialının, demək olar ki, tamamilə məhv edildiyi barədə bəyanatlarına ziddir.
Bildirilib ki, İran müharibə başlamazdan əvvəlki dövrlə müqayisədə daha yavaş templə olsa da, raket arsenalını bərpa etməkdə davam edir. Bu məqsədlə əsasən əvvəllər toplanmış komponentlərdən istifadə olunur. Bundan başqa, ölkənin əhəmiyyətli sayda pilotsuz uçuş aparatı (PUA) və qısa mənzilli raket ehtiyatları da qalır.
ABŞ müdafiə nazirinin Yaxın Şərq üzrə keçmiş müavininin köməkçisi Simona Lidin bildirib ki, hətta 1 500 raketlik minimal qiymətləndirmə belə İranın müharibədən əvvəlki arsenalının yarıdan çoxunu bərpa etdiyini göstərir.
İranın raket ehtiyatlarını yenidən artırması Tramp administrasiyasında Tehrana qarşı zərbələrin bərpa edilməsinin məqsədəuyğunluğu ilə bağlı müzakirələrdə nəzərə alınan amillərdən birinə çevrilib.
Ekspertlər qeyd edirlər ki, Tehran silah ehtiyatları barədə məlumatları məxfi saxladığı, müxtəlif istehsalçıların silahlarından istifadə etdiyi və komponentləri yeraltı obyektlərdə yerləşdirdiyi üçün açıqlanan rəqəmlər təxminidir. Bununla belə, rəsmilərin sözlərinə görə, İranın kifayət qədər böyük raket ehtiyatına malik olduğu şübhə doğurmur.
WSJ-nin yazdığına görə, İran kəşfiyyat, hədəfgöstərmə sistemlərini və raketlərlə PUA-ların birgə tətbiqi taktikasını təkmilləşdirməklə Yaxın Şərqdəki hədəflərə zərbələrinin effektivliyini də artırıb. Nəşrin məlumatına görə, bu prosesdə Rusiyanın da daxil olduğu müttəfiqləri Tehrana dəstək verir.
Ekspertlərin qiymətləndirməsinə əsasən, Moskva Tehrana kəşfiyyat məlumatları, peyk görüntüləri, texnologiyalar və hərbi təcrübə ilə kömək edir. Həmçinin modifikasiya edilmiş "Şahid" PUA-larının və daşınan zenit-raket komplekslərinin mümkün ötürülməsi barədə məlumatlar var.
Oxşar xəbərlər
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Prezident Zəngilan şəhərində 104 mənzilli yaşayış kompleksində görülmüş işlərlə tanış olub
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı
-
Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər
-
Sabiq nazirə ağır itki üz verdi
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
Fransa DİN: Bütün ölkə boyu etiraz aksiyalarında 106 min nəfər iştirak edib - Yenilənib













