Portuqaliya yığmasının 3 futbolçusu düşərgəni tərk edib
Müdafiəçi Ruben Diaş, yarımmüdafiəçilər Juan Palinya və Bernardu Silva Millətlər Liqasının V turunda Danimarkaya uduzduqları (1:4) matçdan sonra Portuqaliya millisinin düşərgəsindən ayrılıblar.
"Report" xəbər verir ki, bu barədə Portuqaliya Futbol Federasiyasının (PFF) mətbuat xidməti məlumat yayıb.
Diaş və Palinya sarı vərəqə limitini doldurduqları üçün qrup mərhələsinin Uelsə qarşı keçiriləcək son oyununu buraxacaqlar. Bernardu Silva isə tibbi müayinədən keçib və nəticədə onun qarşılaşmalarda iştiraka hazır olmadığı müəyyənləşib. Zədənin xarakteri dəqiqləşdirilməyib.
Qeyd edək ki, 5 oyundan sonra 12 xal toplayan Portuqaliya yığması Millətlər Liqasının A Liqasının 4-cü qrupuna başçılıq edir. Pireneylilər sonuncu turda, noyabrın 17-də səfərdə Uelslə üz-üzə gələcəklər.
Oxşar xəbərlər
Minlərlə insan üçün nostalji məkan: "Qağayı" düşərgəsindən geriyə qalanlar - FOTOREPORTAJ
Prezident Ərəb Koordinasiya Qrupuna üzv qurumların rəhbər şəxslərini qəbul edib
Ciqanla həyat yoldaşı bu səbəbdən ayrılıblar - AÇIQLAMA
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı
-
Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər
-
Fransa DİN: Bütün ölkə boyu etiraz aksiyalarında 106 min nəfər iştirak edib - Yenilənib
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub













